Menu

Qətərlə ABŞ-dan birgə təlim

15.06.2017, 10:45
Qətərlə ABŞ-dan birgə təlim

Qətər Dəniz Qüvvələri ilə birgə təlimə qatılmaq üçün iki ABŞ döyüş gəmisinin ölkəyə çatdığı bildirilir.

"Marja" Qətərin rəsmi xəbər agentliyi QNA-ya istinadən xəbər verir ki, Qətər Müdafiə Nazirliyindən edilən açıqlamada, iki ABŞ döyüş gəmisinin Dohanın cənub-şərqindəki Həməd Beynəlxalq Limanına çatdığı qeyd olunub.

Döyüş gəmilərinin, Qətər Dəniz Qüvvələri ilə birgə təlimdə iştirak etmək üçün gəldiyi qeyd edilib. Təlimin başlama tarixi və məzmununa dair məlumat verilməyib.

Sözügedən təlimin, Qətər ilə bəzi Ərəb ölkələri arasında təxminən 10 gün əvvəl başlayan böhrandan bəri ilk birgə təlim olacağı ifadə edilir.

Gəmilərin Qətər ilə bəzi Ərəb ölkələri arasında yaşanan gərginlik davam edərkən gəlməsi diqqəti çəkib.

Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Bəhreyn, Misir və Yəmən, 5 İyunda "terrorizmə dəstək verməklə günahlandırdıqları" Qətər ilə bütün diplomatik əlaqələrini kəsdiyini bildirmişdi. Ölkələrinin hava məkanını Qətərə bağlayan Səudiyyə Ərəbistanı, BƏƏ və Bəhreyn, Qətərli diplomatların 48 saat ərzində ölkələrindən çıxmasını istəmişdi. Səudiyyə Ərəbistanı həmçinin Qətərin yeganə quru sərhədini də bağlamışdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol