Menu

Mingəçevirdə iki maşının toqquşması nəticəsində 4 nəfər xəsarət alıb

22.06.2017, 01:37

Qezada-sinmish-padpres-180912Axşam saatlarında Mingəçevirdə 4 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Şirvan bürosu xəbər verir ki, qəza şəhərin Samux küçəsində "VAZ-2104" və "VAZ-2107" markalı avtomobillərin toqquşması nəticəsində qeydə alınıb.

Hadisə zamanı "VAZ-2104"ün sürücüsü, 1969-cu il təvəllüdlü Mingəçevir şəhər sakini Zeynal Alaş oğlu Allahverdiyev, "VAZ-2107"in Yevlax rayonunun Havarlı kəndindən olan sərnişinləri - 1998-ci il təvəllüdlü Dilbazi Muxtar oğlu Heydərov, 1999-cu il təvəllüdlü Yasin Göyüş oğlu Çuqayev və 1997-ci il təvəllüdlü Müslüm Taleh oğlu Hüseynov ağır bədən xəsarətləri ilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar. Yaralıların vəziyyəti sabitdir.

Faktla bağlı Mingəçevir şəhər Polis şöbəsində araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol