Futbol üzrə XX dünya çempionatında H qrupunda I turun ikinci görüşü keçirilib. APA TV-nin məlumatına görə, ötən seçmə mərhələdə rəqibimiz olmuş şimal qonşumuz Rusiya Cənubi Koreya ilə qarşı-qarşıya gəlib.

“Arena Pantanal” stadionunda keçirilən görüşü hakim Nestor Pitana idarə edib.

Görüşün birinci hissəsi qarşılıqlı hücumlara baxmayaraq heç-heçə bitib. Oyunda ilk qol Cənubi Koreyadan gəlib. 68-ci dəqiqədə Ken Ho Lee səsizliyi pozub: 1:0

Cəbubi Koreyanı bu üstünlüyü qısa çəkib. 70-ci dəqiqədə oyuna girən Kerzakov 74-də dəqiqədə hesabı bərabərləşdirib: 1:1

Oyunda başqa qol vurulmayıb və matç 1:1 hesabı ilə başa çatıb.

H qrupu

Rusiya - Cənubi Koreya - 1:1

Qollar: Kerjakov, 74 - Lee, 68

Hakim: Nestor Pitana (Argentina)

Kuyaba. “Arena Pantanal”

Rusiya: Akinfeyev, İqnaşeviç, Berezutski, Yeşenko, Kombarov, Qluşakov, Şatov, Jirkov, Səmədov, Fayzulin, Kokorin

Cənubi Koreya: Jung, Yun, Kim, Son, Park, Lee, Koo, Nan, Ki, Lee, Hong