“Dərin Dövlət” YAP iqtidarını dəstəkləyir...
Türkiyənin istehsal etdiyi və bütün türk-islam arealında maraqla seyr edilən “Kurtlar Vadisi” serialı yenə Azərbaycana xüsusi diqqət ayırıb. Bundan əvvəl də serialda Azərbaycanla bağlı məsələ - Türk Dərin Dövlətinin rəhbərlərindən (“İxtiyarlar”) birinin azərbaycanlı olması səhnələşdirilmişdi. Hətta Dərin Dövlətin yeni Ağsaçlısı - rəhbəri Polad Ələmdarla azərbaycanlı İxtiyarın kiçik dialoqu da filmə salınmışdı. Azərbaycan mediası bu məqamı günlərlə yayınladı.
Serialın 3 oktyabr tarixli yayımı isə əsil sensasiya sayıla bilər. Burada Polad Ələmdarın ən yaxın adamı Abdulhey Çoban Dərin Dövlətin əsas simalarından olan “Hoca” ilə Azərbaycanla bağlı indiki siyasi məqama dair söhbət edirlər... Türkiyənin xarici işlər naziri Ə. Davudoğlunun prototipi olan “Hoca” Abdulheyə deyir ki, Azərbaycan iqtidarı Rusiyanın “Milyarderlər İttifaqı” təxribatını durdura bilib... Lakin təhlükə davam edir...Həm də Dərin Dövlətin mövqeyini ortaya qoyur - Azərbaycandakı seçkidə indiki yönətimə dəstək verilsin...
Böyük seyriçi kütləsi, Azərbaycan auditoriyasına da təsir gücü olan bu cür reytinqli serialda Azərbaycanın iç siyasətinin açıq bir dillə səhnələşdirilməsi təsadüfə oxşamır. Görünən budur ki, Azərbaycan iqtidarı filmin prodüsserlərinə hər hansı bir vasitə ilə xətt tapıb və “Kurdlar Vadisi”ni seçkiqabağı reklam məlzəməsinə çevirməyi bacarıb.
“Kurdlar Vadisi” serialının həmin fraqmentini təqdim edirik.(Musavat.com)

Şərhlər