"Apple" istifadəçilərin "çox bahalıdır"- fikirlərindən nəticə çıxararaq, iMac cihazlarında endirim tətbiq etməyə başladı. Lakin hazırda mövcud olan modellərə endirim tətbiq etməyən Apple fərqli bir yol seçərək, daha az təchizat gücü olan iMac məhsullarını nisbətən ucuz qiymətlə bazara çıxardı.
21.5 düym ekrana sahib olan iMac-ların yeni və ucuz modellərində 8 GB ram, 500GB sabit disk və HD5000 qrafik həllinə sahib olan yeni iMac modeli təqribən 1500 dollar qiymətində satışa təqdim edildi. Bu nisbət daha öncəki modellərin qiymətləri ilə müqayisədə 250-300 dollar arasında bir fərq deməkdir./technimum.com

Şərhlər