Menu

Bakıda 23 yaşlı oğlan özünü 10-cu mərtəbədən atdı

14.08.2017, 10:37
Bakıda 23 yaşlı oğlan özünü 10-cu mərtəbədən atdı

Bakıda intihar hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə dünən saat 12 radələrində Nizami rayon, Elşən Süleymanov küçəsi, bina 149, mənzil 154-də baş verib.

Belə ki, həmin ünvanda yaşayan 1994-cü il təvəllüdlü Həzrət Əsəddulla oğlu Musayev yaşadığı binanın 10-cu mərtəbəsindən özünü ataraq intihar edib.

Faktla bağlı Nizami rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci ( özünü öldürmə həddinə çatdırma ) maddəsilə cinayət işi başlanılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol