26-cı "National Geographic Traveler Photo Contest 2014" müsabiqəsinin ən yaxşı fotoları

26-cı "National Geographic Traveler Photo Contest 2014" müsabiqəsinin yekunlaşmasına sayılı günlər qalıb. Sponsoru "National Geographic Society" məşhur beynəlxalq coğrafiya cəmiyyətinin olduğu tədbirin əsas mükafatı Alyaskaya elmi ekspedisiyanın heyətində 8 günlük səyahətdir.

Müsabiqədə müxtəlif ölkələrdən olan yetkinlik yaşına çatmış fotoqraflar iştirak edə bilər. İstisna Kuba, İran, Nyu-Cersi, Şimali Koreya, Sudan və Suriyadan, eləcə də "National Georgraphic Society" əməkdaşlarının qohumları və dostları təşkil edir.

Müsabiqədə iştirak şərtləri sadədir: şəkil müsabiqədə iştirak etmədən 2 il əvvəl çəkilməlidir. Bütün fotoqraflar üçün ilkin ödəniş 15 dollardır. Bütün şəkillər yalnız rəqəmsal növdə qəbul edilir. Fotoların üzərində heç bir imza və kompüter işi edilməməlidir. Müsabiqə işlərini 2 mərhələdə qiymətləndirəcəklər. Əvvəl hakimlər hər bir kateqoriyadan 10 ən yaxşı işi seçəcəklər. İkinci mərhlə hər bir bölmədən qalibləri müəyyən edəcək.

Qeyd edək ki, martın 18-də start götürən müsabiqə iyunun 30-da yekunlaşacaq.(ANS PRESS)

"Avstriyanın mavi gölü", Marc Henauer

Tundrada həyat", Simon Morris

"Sardiniya sahilində mayak", Enriko Puddu

"Queen Mary 2 və kapitanı", James Morgan

"Ağac körpü", April Badilles

"Zirvəyə yaxınlaşan qartal", Hidetoshi Kikuchi

"Monblan, Fransa", Jean-Philippe Grimard

"Gənc rahib", Marcelo Castro

"Əks", Nikolas Roemmelt