Braziliyada keçirilən futbol üzrə dünya çempionatının növbəti qarşılaşması baş tutub. Bu mərhələdə Manaus şəhərindəki “Amazonia” stadionunda “G” qrupunda mübarizə aparan ABŞ və Portuqaliya yığmaları qarşılaşıblar.

Argentinalı baş hakim Nestor Pitananın idarə etdiyi görüş 2:2 hesabı ilə başa çatıb.

Qarşılaşmanın ilk qolunu matçın 5-ci dəqiqəsində Portuqaliyanın oyunçusu Luiş Nani vurub. Hesab 1:0. Qarşılaşmada növbəti qolları 64-cü dəqiqədə ABŞ yığmasından Cermeyn Cons və 82-ci dəqiqədə Klint Dempsi vurub. Hesab, 1:2 ABŞ yığmasının xeyrinə olub. Portuqaliya yığmasından Varelanın 90 + 5-ci dəqiqədə vurduğu bərabərlik qolu ABŞ tribunalarını səssiaszliyə qərq etdi. Hesab, 2:2.