Yaponiya alimləri kök hüceyrə müalicəsində yeni kəşfə imza atıblar.Riken Biologiya və İnkiaf Mərkəzinin mütəxəssislərinin araşdırması kök hüceyrələrinin xəstə toxumalara daha tez təsirinin yolunu tapmağa yönəlib. İndiyə qədər elmə məlum olan metodun əksinə olaraq qan hüceyrələri asitlə ayrılaraq 30 dəqiqə ərzində ehtiyac olan tərəfə yönləndirilib.
Siçanlar üzərində aparılan araşdırma yeni metodun uğurunu təmin edib. Yaponiyalı alimlərin fikrincə, yeni kök hüceyrə texnologiyası çox yaxın zamanda bir çox xəstəliklərin müalicəsində yardımçı olacaq.
Araşdırma qrupunun rəhbəri Haruko Obokatanın sözlərinə görə, yeni kök hüceyrələri vasitəsilə insanların həmişə arzusunda olduğu bir məsələ, yəni qocalmanın qarşısının alınması mümkün ola bilər. Beləliklə yeni araşdırma ölümsüzlük dərmanının da yaxın zamanda kəşf edilməsinin mümkünlüyü iddialarını ortaya çıxarıb.

Şərhlər