Menu

1/8 finalın ilk cütlükləri məlum oldu

24.06.2014, 10:02
1/8 finalın ilk cütlükləri məlum oldu

20-ci Dünya Çempionatının 1/8 finalının ilk cütlükləri məlumdur.

Anspress-in məlumatına görə, gecə baş tutan qarşılaşmalardan sonra Braziliya və Hollandiya milliləri öz qrupları üzrə birinci yeri tutublar.

A qrupunun lideri Braziliya 1/8 finalda B qrupunda ikinci olan Çili ilə görüşəcək. B qrupunun lideri Hollandiya isə 1/8 finalda A qrupunda ikinci olan Meksika ilə qarşılaşacaq.

Qeyd edək ki, Braziliya-Çili matçı iyunun 28-də, Hollandiya-Meksika matçı isə iyunun 29-da keçiriləcək. Hər iki oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol