Xəbər verdildiyi kimi, Azərbaycan Prezidentinin mətbuat xidməti sentyabrın 4-də Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı layihəsi tərəfindən hazırlanan yazı, bu yazıya istinadən “BBC News” saytında 2017-ci il sentyabrın 5-də dərc olunan “Azərbaycan – 3 milyard dollar dəyərində gizli çirkli fondu idarə edib” başlıqlı və “Guardian” qəzetində bu məsələ ilə bağlı gedən məqalələrlə əlaqədar bəyanat yayıb.
Bəyanatda bildirilib ki, nə Azərbaycan Respublikasının Prezidenti, nə də onun ailə üzvlərinin adı çəkilən yazılarda göstərilən ittihamlarla heç bir əlaqəsi yoxdur: “Prezidenti və onun ailəsini bu məsələyə cəlb etmək cəhdləri tamamilə əsassızdır, qərəzlidir və təxribat xarakteri daşıyır.

Biz bilirik ki, bunların arxasında Azərbaycana və onun rəhbərliyinə qarşı beynəlxalq aləmdə dələduz, saxtakar, fırıldaqçı, yalançı imicini qazanan Corc Soros və onun əlaltıları dayanır. Bu gün Corc Sorosun çirkin əməlləri çox ciddi şəkildə araşdırılmalıdır. Onunla əlbir olan erməni lobbisi Azərbaycan Prezidentinə, onun ailəsinə qarşı çirkin kampaniya aparır. Ancaq bu səylərə baxmayaraq, bunlar heç bir nəticə verməyib. Elə “Guardian” qəzetində gedən məqalənin müəlliflərindən birinin erməni əsilli Dina Naqapetyan olması faktı da bir daha onu göstərir ki, bu çirkin ittihamlar, o cümlədən dünya erməniliyinin növbəti mənfur hərəkətidir”.
Azərbaycan hökumətinin xarici medaidakı sözügedən hücumlara görə milyarder Corc Sorosu hədəfə götürməsi bir qədər gözlənilməz olub. Lakin belə görünür ki, hökumətin əlində belə ittihamla çıxış etməsi üçün ciddi əsaslar var. Təsadüfi deyil ki, Prezidentin mətbuat xidmətinin bəyanatında Corc Sorosun "çirkin əməllərinin" ciddi şəkildə araşdırımasının vacibliyi vurğulanır.

İş adamı hesab edir ki, son vaxtlar A.İsmayılovun erməni əsilli əcnəbilərin müdafiəsinə qoşulması da təsadüfi deyil. "Bunlar hamısı bir mərkəzdən idarə olunan məsələlərdir".
"AzPolitika"


Şərhlər