Rusiyanın yeni sevimli tankı “Armata”ya qarşı Amerikanların bu yaxınlaradək tank əleyhinə “TOW” raketinin özünü necə aparacağı xüsusi maraq kəsb edir. “AzPolitika.info”nun məlumatına görəbu barədə Böyük Britaniyanın “Warthog Defense ” nəşrində dərc olunan məqalədə yazılıb. Məqalədə daha sonra yazılır:
“Bu “TOW” (Tube lonched Optically-tracked Wire-quided) simlə idarəedilən optik hədəfləyici raketdir. “TOW” bütün düyaya satılır. Amma belə görünür ki, ABŞ silahlı qüvvələri hərdəmxəyallıq edərək, ondan istifadə etməkdən vaz keçiblər.
Artıq amerikanlar 1990-cı illərin ortasından başalayaraq, döyüş arsenalına “Javelin” raketlərini qəbul ediblər. İndi demək olar ki, hər bir piyada alayıının ixtitiyarında bir neçə “Javelin” raketi var.

Beləliklə, köhnəlmiş “TOW” özünü Rusiyanın yeni sirli və şaiələrə görə hətta sanki insanabənzər robota çevilə bilən super tankı “T-14 Armata”ya qarşı necə göstərəcək?
Gəlin “TOW”-nun xarakteristikası ilə “Armata”nın müdafiə imkanlarını müqayisə edək.

Nə vaxt ki, “TOW” tanka dəyir,onun kumulyativ,yəni yandırıcı döyüş başlğı detonasiyaya uğrayır. Adətən zirehi deşmək üçün mərmilərin kinetik enerjisi, yəni sürət və kütləsi istifadə edirlər. Amma zərbə mərmiləri ağır toplardan atış tələb edir və uzaq məsafələrə açılan zərbələr zamanı onlar öz dağıdıcı gücünü itirir.

Bunun əvəzinə yandırıcı mərmilər, zirehlə mərminin toqquşamsı zamanı zirehin metalında çatlaqlar yaradaraq onu deşib keçir. Mərmi nə qədər böyük olduqca onun zirehi yandırıb deşməsi də bir o qədər çox olur.
Lakin 1980-ci ilin başlarında mühəndislər kumlyativ mərmilərə qarşı dayana biləcək tanklar yaratmağa başladılar. Qərb tank istehsalçıları kombinə olunmuş –silikat əsaslı zirehdən istifadə edirlər.
Fars körfəzindəki müharibə zamanı Sovet İtttifaqında istehsal edilmiş tank əleyhinə raketlərin “Abrams” və “Çelencer” tanklarına vurduqları ziyan, kağızdan düzəldilmiş oxun begemota təsiri ilə müqayisə ediləcək səviyyədəydi.
Ruslar isə öz növbəsində dinamik müdafiədən istifadə edirlər.Dinamik müdafiə qurğuları tankın korpusnda yerləşdirilir.Dinamik müdafiə silikat əsasında hazırlanmış zirehdən bir qədər mürəkkəbdir, amma ucuz və yüngüldür.

Yeni sovet zirehi “TOW” –nun bütün oyununu az qala tam korlamışdı. Ona görə də, “TOW-2A” iki başlqlı tandemli mərmilərlə təchiz edildi.Birinci mərmi dinamik müdafiəyə qarşı detonasiya yaradır, ikinci mərmi isə tankın zirehini deşir.
Hal-hazırda ən güclü tank əleyhinə piyada silahları Rusiyanın “RPG-29”, “Kornet” və Amerikanın “Javelin”i əsas etibarıyla bu prinsip əsasında düzəldilib.
Amma tandemli döyüş hissəsi bu hələ işin hamısı deyil. Ona görə də, bizim “TOW-2B” və “TOW-2B Aero”ilə tanış olmağımızda yarar var.

“TOW-2B” çox uzaq məsafələrə uça bilir.Onun uçuş məsafəsi 4,5 kilometr təşkil edir. Raketlərin məftillə idarəedilməsi qurğusu modeli açıq radiokanladakı tezliklərlə əvəz edilib. Düzdür onun tezliyini boğmaq olar, amma artıq burada operator əvvəlki kimi birbaşa raketə bağlanmayıb.
“TOW-2B” xüsusi manevr həyata keçirmə qabiliyyətinə malikdir.O hədəfə yaxınlaşan zaman səmaya doğru yükslərək sonradan hər iki mərmini yuxarıdan aşağıya tuşalayır. Bu çox effektli fənddir. Belə ki, tankların yuxarı hissəsindəki zireh bir qədər nazık olur”.
Vaqif Nəsibov
AzPolitika.info

Şərhlər