Menu

Şimali Koreya Nikki Heylini «siyasi fahişə» adlandırıb

10.09.2017, 00:56
Şimali Koreya Nikki Heylini «siyasi fahişə» adlandırıb

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Şimali Koreya hakimiyyəti Amerika Birləşmiş Ştatlarının (ABŞ) Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəsi Nikki Heylinin nüvə sınaqlarına görə, bu ölkəyə qarşı atdığı sərt addımları «isteriya» adlandırıb.

«Siyasi fahişə» - Şimali Koreya hakimiyyəti ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heylini olduqca təhqiredici epitetlə «mükafatlandırıb». Nüfuzlu diplomata qarşı bu münasibəti Koreya Xalq Demokratik Respublikasının (KXDR) mərkəzi teleqraf agentliyi sərgiləyib.

Agentlik ABŞ-ın daimi nümayəndəsinin çağırışlarını «isteriya», Heylinin özünü isə «tumanını sərsəmcəsinə yelləyən» siyasi fahişə adlandırıb.

«O, tumanını sərsəmcəsinə yelləyir, Tramp administrasiyasının iyrənc sanksiyalarında və bizim raketlərə təzyiq göstərilməsində baş rolu oynayır» - deyə, agentlik yazıb.

«Nikki öz dili ilə ehtiyatlı olsa yaxşıdır. Amma o, kor axmaq da ola bilər. Onun sözlərinin qarşılığında ABŞ administrasiyası böyük bədəl ödəməli olacaq» - deyə, «Fox News» agentliyin bəyanatından sitat gətirir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol