Sentyabrın 16-da bir sıra partiya sədrləri, siyasətçilər, alim və jurnalistlər Vətəndaş Həmrəyliyi Partiyasının qərargahına toplaşaraq siyasi icmalçı, Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbərin “Dövlət siyasətinin əsasları” kitabını müzakirə ediblər.
“Əsərin tədris vəsaiti üçün Təhsil Nazirliyinə müraciət edəcəm”

Eyni zamanda, milli-hərbi və təhlükəsizlik, sosial-mədəni siyasətə geniş yer ayırmışam. Bu kitab 10 illərlə davam edən strateji düşüncələrimin son məhsuludur və cəmiyyətimizdə strateji, dərin düşüncə çatışmazlığının ortadan qaldırılması ehtiyacından yaranıb. Birinci amil milli tarixi-siyasi inkişaf prosesinin kənar zorakı müdaxilə ilə pozulması; ikinci, milli dövlətçiliyinin yaranması, inkişafı və davamlılığının qarşısının alınması; üçüncü, müasir demokratik inkişaf yolundan çıxarılmağımızdır. İstərdim ki, kitab haqqında tənqidi fikirlərinizi də eşidim”.
“Biz az yazırıq, hətta öz xatirələrimizi də yazmırıq”

VHP sədri Sabir Rüstəmxanlı deyib ki, bu əsər fəlsəfi-tarixi yanaşmanın nəticəsidir: “Siyasət barədə yazmaq son dərəcə çətin olsa da, bu cür kitabların rolu böyükdür. Məsələn, İran-fars şovinizm siyasətinin formalaşmasına iki kitab xüsusi təsir göstərib: Firdovsinin “Şahnamə” və Nizamimülkün “Siyasətnamə”si, hər ikisində türklər aşağılanır. Ancaq Azərbaycan siyasəti barədə kitablar çox az yazılıb. Sülhəddin Əkbər “Dövlət siyasətinin əsasları” kitabında təkcə siyasətçi yox, həm də tarixçidir. Çünki əsərdə Azərbaycan tarixinə ümumi nəzər var, son yarım əsrin tarixini geniş baxış var və gələcək perspektivlərlə bağlı mülahizələrini irəli sürür. Əsərdə bir neçə əsrin xronoloji ardıcılığını saxlamaq zəhmət istəyir. Əsər dövlət siyasəti adlansa da, tamamilə milli siyasət haqda yazılıb. Məncə, “Azərbaycan dövlət siyasətinin əsasları” adlansaydı, daha yaxşı olardı”.
S.Rüstəmxanlının “kitabxanalarda çoxlu siyasətşünasların kitablarına rast gəlirəm, amma təəssüf ki, bizim düşərgədən olanlar bunları yazmayıb” deməsinə İsa Qəmbər “Allah etməsin ki, o cür kitabları milli düşərgədən olanlar yazsın” - deyə cavab verdi. VHP sədri isə bildirib ki, milli düşərgənin üzvləri yazsalar, o cür yazmazlar. Yeni nəsil elə kitablardan yalnız bolşevik ideologiyasını öyrənir.
“Xanlıqlar müstəqil dövlətlər olsa da...”

C.Həsənli daha sonra bildirib ki, kitabda müəllifin yazdığı kimi, XVIII əsrdə milli dövlət anlayışından danışmaq tezdir, xanlıqlar müstəqil dövlət olsa da, milli deyildi, heç açar rolunu da oynamırdı. Bunlar müstəqil feodal, sülalə prinsipləri üzərində qurulmuşdu.
“Dövlət anlayışının qiymətləndirilməsində şəxsiyyətlərdən qaçırsınız”
İran əhalisinin üçdə birinin türklər olduğunu söyləyən C.Həsənli müasir azərbaycanlıların ən böyük dövlətinin İran olması iddiasıyla razılaşmır: “Çünki müstəqil Azərbaycan artıq var. Bəli, türklərin bugünkü İran dövlətinin qurulmasında rolu və iştirakı var, amma indiki İranın türklərin dövləti olması həddindən artıq pafosdur. Düzdür, keçmiş İran dövlətləri türk dövlətləri olub. Kitabda dövlət anlayışının qiymətləndirilməsində şəxsiyyətlərdən qaçırsınız. Müasir Azərbaycan dövlətinin qurucusu və yaradıcısı Rəsulzadədir. Onun əsərlərində milli dövlətin yaranması və atributları barədə çox qiymətli fikirlər var. Söhbət milli dövlətdən gedirsə, qurucu babaların və 90-cı illərdə Elçibəyin xidməti vurğulanmalıdır”.
İsa Qəmbər universitet rektoru olsaydı...

“Azərbaycan xalqını öz tarixini bilməyən kütlə halına gətirməyə çalışırlar”
İsa Qəmbər tarixçi olduğundan əsərin tarix hissəsinin onu daha çox maraqlandırdığını dedi: “Azərbaycanın yaxın iki əsrlik keçmişi, bugünü və və gələcəyi araşdırma, informativ şəkildə bir kitabda birləşdirilib. Bu mənada orta məktəblərin və universitetlərində tarix dərslərində “Dövlət siyasətinin əsasları”ndan istifadə edilməlidir, çünki tarixə yaxşı baxış var. Məsələn, 15 sentyabrda müsavatçı gənclər paytaxtda sorğu keçiriblər, heç kim bugünün Bakının işğaldan azad olunduğunu bilməyib. Azərbaycan xalqını öz tarixini bilməyən kütlə halına gətirməyə çalışırlar. Tarixini bilməyən millət öz yaddaşı olmayan, amneziya xəstəliyinə uğramış insandır. Beləliklə, millət başqa dövlətlərin əlində oyuncağa çevrilir. Hazırda Azərbaycan tarixini yazmağa imkan vermirlər və buda imperiya siyasətinin tərkib hissəsidir”.
İ.Qəmbər Azərbaycan tarixşünaslığında xanlıqlar dövrünə yanlış yanaşma olduğunu dedi: “Bəzi primitiv düşüncəli insanlar filan xanın yaxşı, digərinin pis olduğunu bildirir, belə mənasız yarışlara girirlər. Ən böyük bəla isə xanlıqlar dövrü Azərbaycanda xaos, parçalanma dövrü kimi tədris olunur. Amma Sülhəddin bəy haqlı olaraq bu dövrü milli dövlətin yaranma prosesi hesab edir. Almaniya, İtaliya və başqa dövlətlər də bu mərhələni keçib milli dövlət yaradıblar. Təbii ki, o xanlar Azərbaycan dövləti yaradacaqlarını düşünmürdülər, onlar feodal idilər".
“Kitabın məğzi dövlət təhlükəsizliyinin və siyasətinin müəyyənləşməsidir”

“Bu gün hər icra başçısı özünü qanun hesab edir”
E.Məmmədov C.Həsənli və İ.Qəmbərin xanlqılar dövrü haqqında fikirlərini bölüşmədiyini söylədi: “Mən xanlıqları dövlət hesab etmirəm. Kitabda xanlıqların müstəqilliyimizin əsasını yaratması qeyd olunur. O zaman mərkəzləşmiş dövlətin parçalanması baş verib və ayrı-ayrı vilayətlər özləri üçün dövlət yaratmağa cəhd ediblər. Hazırda xalqımızın içində dövlətə münasibətin nöqsanları xanlıqlarla bağlıdır. Həmin vaxt bir növ dərəbəylik olub, onlar yaratdıqları qurum üçün yeni ağa axtarmağa başlayıblar. Onu da Rusiyanın və Osmanlının simasında görüblər, ikinciyə etibar etməyiblər, çünki onlar xanlıqları ləğv edərək vilayətə çevriblər və təyinatlı rəhbərlər qoyublar. Təyinatlı rəhbərlər ümumi dövlətin qanunları əsasında işləyiblər. Bizim xanlıqlar isə qanunu özləriylə əvəz etdilər, heç bir qanun yaradıcılıqları da olmayıb. Necə ki, bu gün hər icra başçısı özünü qanun hesab edir. Ona görə xanlıqlar dövrü xərc-mərclik dövrüdür, nəinki müstəqilliyə hazırlıq”.
E.Məmmədov təklif edib ki, Sülhəddin Əkbər gələcəkdə bu əsərin əsasında bir neçə dərslik hazırlasın. Belə dərsliklər gənclərin dövlətin əsaslarının və siyasətinin öyrənilməsinə yardım edə bilər.
“Onların belə kitabı universitetlərə buraxacağı inandırıcı deyil”

Müəllif deyir ki, hər bir fərdin hüququ, azadlığı, inkişafı, təhlükəsizliyi təmin olunanda milli maraq təmin edilir. Milli təhlükəsizlikdə də demokratiyanın və hüququn aliliyi milli dövlətin güc qaynağı olduğu qeyd edilir. Dayanıqlı və perspektivli inkişafın məhz demokratiya zəminində və qanunun aliliyi çərçivəsində olacağı aşılanması olduqca pozitiv yanaşmadır. Həyatın paradoksudur, Sülhəddin bəy son bir neçə ildə əziyyətlə dövlət siyasəti haqda kitab yazanda bu dövlətə rəhbərlik edənlər Azərbaycan xalqının sərvətlərini oğurlayırdılar və yenə də bu oğurluq davam edir. Hakimiyyətdəkilər dövlətçilik deyəndə dövlətin talan edilməsi kimi başa düşürlər. Bu mənada onların belə kitabı universitetlərə buraxacağı inandırıcı deyil. Bütün hallarda azsaylı adamlar da olsa, “Dövlət siyasətinin əsasları” kitabını oxuyub müzakirə edəcəklər”.
“Kitabın uğuru ondadır ki, bunu Elçibəy komandasının üzvü yazıb”

Tədbirdən videoreportaj yazıya əlavə olunacaq.















Şərhlər