Ədalət Partiyası polisin Bakıdakı əməliyyatını dəstəklədi - "Gecikmiş addımdır"

din"Ədalət Partiyası Daxili İşlər Nazirliyinin Bakıda üzdəniraqlara qarşı keçirdiyi əməliyyatı nəinki dəstəkləyir, hətta gecikmiş hesab edir". Bunu Ədalət Partiyasının sədr müavini Ayaz Əfəndiyev bugünlərdə polisin Bakıda cinsi azlıqlara qarşı keçdiyi əməliyyata münasibət bildirərkən deyib.

Daxili İşlər Nazirliyinin müvafiq qurumları Bakı şəhərində gecələr “fəaliyyət” göstərən cinsi azlıqlara qarşı geniş əməliyyat keçirib. Milli-mənəvi dəyərlərin qorunması istiqmətindəki tədbirlər çərçivəsində keçirilən reydlər zamanı son bir həftə ərzində 100-ə yaxın cinsi azlıq nümayəndəsi saxlanılıb. Saxlanılan şəxslərin məcburi müayinəsi zamanı isə həm polisi, həm də həkimləri şoka salacaq faktlar aşkarlanıb.

Bəlli olub ki, saxlanılan cinsi azlıq nümayəndələrinin, demək olar, hamısı ən təhlükəli cinsi xəstəliklərə yoluxublar. Aralarında hatta QİÇS xəstələrinin olduğu da bildirilir.

Ədalət Partiyasının funksioneri polisi belə əməliyyatları davam etdirməyə çağırıb: "Əxlaqsızlıq, təhlükəli xəstəliklər mənbəyi olan, Allahın lənətinə düçar olmuş bu məxluqları müdafiə edən Qərb dairələri uzun müddətdir ki, "insan haqları" adı altında milli adət-ənənələrimizin məhvilə məşğuldurlar".

Bunula yanaşı, Ədalət Partiyası DİN sistemində qeyri-qanuni həbslərin, bəzi polis məmurlarının qanundankənar fəaliyyətlərinin mövcudluğunu da pisləyir və onları aradan qaldırmağa çağırır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar