Norveçli futbol azarkeşi dünən baş tutan Uruqvay-İtaliya oyunu barədə çox qəribə bir mərc gəlib və qazanıb. Azarkeş Uruqvay millisinin futbolçusunun italyan oyunçulardan birini dişləyəcəyinə pul qoyub. Norveçin bukmeker kontorlarından biri buna görə 175 əmsal təklif edib.

AzPolitika.info Norveç KİV-inə istinadən bildirir ki, Suaresin italyan futbolçunu dişləyəcəyini proqnozlaşdıran norveçli 5600 Norveç kronu udub. Bu, təxminən 916 dollar edir.

Qeyd edək ki, Uruqvayın 1:0 qələbəsi ilə bitən oyunda Suares italyan müdafiəçi Kellinini dişləyib. Bu isə ilk belə hadisə deyil. Suares 2010-cu ildə "Ayaks" komandasında çıxış edərkən "PSV"-li Ottman Bakkalı, 3 il sonra "Liverpul"da oynayanda isə "Çelsi"li Branislav İvanoviçi də dişləmişdi.

V.Nəsibov