Afrika təmsilçisinə Rusiya yığması ilə heç-heçə oynamaq kifayət edir
Əlcəzair yığması dünya çempionatının pley-off mərhələsinə çıxarsa, hər bir futbolçuya 50 min avro mükafat veriləcək. Bunun üçün Afrika təmsilçisinə Rusiya yığması ilə heç-heçə oynamaq kifayət edir.
İyunun 27-nə keçən gecə Əlcəzair yığması dünya birinciliyinin qrup mərhələsinin üçüncü matçında Rusiya komandası ilə oynayacaqdır. Görüş Kuritibada, “Arena Bayşada” stadionunda keçiriləcəkdir.
Qeyd edək ki, Əlcəzair yığması iyunun 22-də 4:2 hesabı ilə Koreya Respublikası komandasına qalib gəlmiş, Rusiya futbolçuları isə 0:1 hesabı ilə belçikalılara uduzublar. Prey-off mərhələsinə çıxmaq üçün Əlcəzair yığmasına rusiyalılarla heç-heçə oynamaq kifayət deyildir. Bu, yalnız belçikalıların üç topdan da çox fərq ilə Cənubi koreyalılara qalib gələcəkləri təqdirdə mümkün ola bilər.
Fabio Kapellonun yetirmələri dünya çempionatının 1/8 finalına çıxmaq üçün son turda imkan daxilində böyük hesab fərqi ilə əlcəzairlilərə qalib gəlməlidirlər. Koreyalılar paralel oyunda kvartetin lideri olan belçikalılara qalib gələ bilsələr, onların və rusiyalıların hərəyə dörd xalı olacaqdır və pley-off mərhələsinə vəsiqənin taleyini əlavə göstəricilər - vurulmuş və buraxılmış topların sayı, habelə vurulmuş topların ümumi sayı həll edəcəkdir.
Rusiya yığması 4:3 (5:4, 6:5 və s.) hesabı ilə əlcəzairliləri məğlubiyyətə uğratsa, Cənubi Koreya yığması 2:0(3:1, 4:2 və s.) hesabı ilə belçikalılara qalib gəlsə, vəsiqənin sahibini püşkatma müəyyən edəcəkdir. (anspress.com)

Şərhlər