Menu

"Bütün hücumların qarşısını almağa hazırıq" - Peşmərgə komandanı

26.09.2017, 19:46
"Bütün hücumların qarşısını almağa hazırıq" - Peşmərgə komandanı

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, general Sirvan Bərzani bəyan edib ki, kürd silahlı birləşmələri (peşmərgə) İraq Kürdüstanına istənilən hücumun qarşısını almağa hazırdır.

Artıq məlumdur ki, bazar ertəsi İraq Kürdüstanında müstəqillik referendumu keçirilib - referendumun ilkin nəticələri də açıqlanıb. Rəsmi Bağdad və dünyanın bir sıra ölkələri referendumun qəti əleyhinə çıxış edir.

Bu ərəfədə İran və Türkiyə İraq Kürdüstanı ilə sərhəddə birgə hərbi təlimlər keçirib. Bundan başqa, İran kürd muxtariyyəti ilə hava nəqliyyatı üçün öz səmasını bağlayıb.

Bağdad Kürdüstanla sərhəd keçidlərinin özünün nəzarəti altına verilməsini və bütün neft sövdələri onunla aparmağı xarici dövlətlərdən tələb edib.

«Mənim fikrimcə, peşmərgə döyüş qabiliyyətli vəziyyətdədir. Biz, sayı milyonlar təşkil edən və o zamanlar bölgənin ən güclü ordusu sayılan İraq ordusu ilə döyüşmüşük - özü də yalnız Kalaşnikov avtomatları ilə. Əlbəttə, biz, kim tərəfindən olduğuna baxmayaraq, bütün hücumların qarşısını almağa hazırıq» - deyə, peşmərgə komandiri bəyan edib.

Bərzaninin sözlərinə görə, peşmərgə qonşu ölkələrlə qarşılıqlı əlaqəli fəaliyyətin zəngin təcrübəsinə əsaslanaraq, onları (qonşuları) kifayət qədər «ağıllı» hesab edir.

«45 il ərzində onlar kürdlərin kim olduğunu anladılar. İşdə sübut etdik ki, biz, mehriban qonşularıq. Mən inanmıram ki, hərbi müdaxilə olsun və ya buna oxşar başqa səhv buraxılsın» - deyə, Bərzani bildirib.

Sirvan Bərzani - kürd lider Məsul Bərzaninin qardaşı oğludur. General peşmərgənin elit birləşməsinin (Black Tiger) komandiridir və nəhəng uzunluğa malik Qveyr-Maxmur peşmərgə cəbhəsinin komandanıdır. Məhz onun dəstələri «İslam dövləti»nə ilk məğlubiyyəti yaşadıb. O, kürd müxtariyyətinin hakim partiyası Kürdüstan Demokrat Partiyasının rəhbərliyinə daxildir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol