Türkiyə Silahlı Qüvvələri xüsusi təyinatlı qüvvələrinin "İsparta Eğirdir Dağ Xüsusi Təyinatlı" məktəbinə xüsusi təyinatlı qəbulunun 3-cü mərhələsinə start verib. Su üstü xüsusi təyinatlı hərəkat Ege dənizində həyata keçirilib. Ümumlikdə 28 həftə çəkən bu kursda könüllü zabit və gizirlər iştirak edir. Onlar çox çətin olan 4 mərhələni keçdikləri təqdirdə xüsusi təyinatlı əsgər olma haqqını qazanırlar. Bu mərhələlər içərisində bir çox çətin hərəkətlərlə yanaşı, əli-qolu bağlı vəziyyətdə dənizə atılmaq da var.(Bizim yol)
Türk xüsusi təyinatlıları belə hazırlanır - VİDEO

Şərhlər