Braziliyada keçirilən futbol üzrə dünya çempionatının qrup oyunları başa çatıb.

APA-nın Apasport.az saytına istinadən verdiyi xəbərə görə, pley-off mərhələsinin bütün 16 iştirakçısı məlum olub.

Maraqlıdır ki, 16 komandadan ancaq 4-ü maksimal 9 xalı toplaya bilib. Onu da qeyd edək ki, hələlik fəaliyyətdə olan dünya çempionu İspaniya 1/8 finala çıxa bilməyib. Pley-off mərhələsinin iştirakçısı olan 16 komandadan ancaq 5-i bundan əvvəl mündialda qalib gəlib.

1/8 finalda iştirak edəcək komandalar:

Braziliya-Çili (iyunun 28-də, 21.00)

Kolumbiya-Uruqvay (iyunun 29-da, 01.00)

Hollandiya-Meksika (iyunun 29-da, 21.00)

Kosta-Rika-Yunanıstan (iyunun 30-da, 01.00)

Fransa-Nigeriya (iyunun 30-da, 21.00)

Almaniya-Əlcəzair (iyulun 1-də, 01.00)

Argentina-İsveçrə (iyulun 1-də, 21.00)

Belçika-ABŞ (iyulun 2-də, 01.00)