Bu gün Serbiyanın boşnaklar və türklerin daha sıx yaşadığı Yeni Bazar qəsəbəsində xüsusi bir gün yaşanıb. "AzPolitika.info"nun məlumatına görə, Serbiyada rəsmi səfərdə olan Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Yeni Bazar qəsəbəsinə gəlib. Qəsəbəni Serbiya prezidenti Aleksandar Vuciclə birlikdə şəhəri ziyarət edən Ərdoğanı yerli sakinlər Türkiyə bayraqları yanaşı çoxlu sayda türkçə şüarlarla qarşılayıblar.
Böyük coşqu ilə qarşılanan Ərdoğan yerli sakinlərlə görüşüb, onlarla söhbət edib. Səfərdə Ərdoğanı Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hüülisi Akar da müşaiyət edib.


































Şərhlər