Menu

Atambayev Nazarbayevi təhdid etdi - Gərginlik

15.10.2017, 13:28
Atambayev Nazarbayevi təhdid etdi - Gərginlik

Əgər rəsmi Astana 2-3 gün ərzində Qazaxıstan-Qırğızıstan sərhədindəki məhdudiyyətləri ortadan qaldırmasa, rəsmi Bişkek Avrasiya İttifaqının sammitini çağıracaq.Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qırğızıstan Prezidenti Almazbek Atambayev söyləyib.

“Mənim bu sammiti çağırmağa haqqım var. Əgər bu ittifaqda hamımızın hüquqları eyni deyilsə, o zaman bu ittifaq nəyə lazımdır?” – deyə o bildirib.

Qeyd edək ki, bundan öncə Qazaxıstan Qırğızıstanla sərhəddə yoxlamaları artırıb. Bu isə sərhəddə böyük tıxacların yaranmasına şərait yaradıb. Atambayev bu məsələyə görə artıq Qazaxıstan Prezidenti Nursultan Nazarbayevi ittiham edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol