DÇ-2014-ün 1/8 final mərhələsinin oyunları davam edir. Qol.Az-ın məlumatına görə, bu gün keçiriləcək daha iki oyunla növbəti 1/4 finalçılar bəlli olacaq.

İlk olaraq Fransa və Nigeriya milliləri üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Digər oyunda isə Almaniya Əlcəzairi sınağa çəkəcək. Bu qarşılaşma Bakı vaxtı ilə saat 01:00-də start götürəcək.

Qeyd edək ki, artıq Braziliya, Kolumbiya, Hollandiya və Kosta-Rika 1/4 finala vəsiqə qazanıb.

30 İyun

21:00. Fransa - Nigeriya

01:00. Almaniya - Əlcəzair (iyunun 30-dan iyulun 1-nə keçən gecə)