Bir neçə gün əvvəl Azərbaycan KİV-lərində Bakıda masonların toplantısının keçirildiyi barədə məlumat gedib. Bu yazıda iddia olunur ki, Azərbaycan masonlarının Bakı toplantısında masonluğun vacib ritualı olan installiatsiya həyata keçirilib.
İnstalliatsiya Ali Lojanın ali rütbəli zabitlərinin Ali Ustad rütbəsinə qəbul olunması ilə bağlı andiçmə mərasimidir. Bu dəfə Azərbaycan masson lojasından yeni Ali Ustadı Araz Kanzas and içib. Masonların iyunun 24-də Bakıya gəldiyi bildirilir. Qonaqlar sırasında Azərbaycanda mason lojasının yaradılmasında böyük rolu olan Andrey Boqdanov, Azərbaycanda mason lojasının rəhbəri və bünövrəsini qoyan Bağır Heyyətin də olduğu bildirilir. Yeni ustadın andiçmə mərasimindən sonra qonaqlar “Şirvanşah” restoranına toplaşaraq, Azərbaycanın milli musiqisini dinləyiblər.
Modern.az saytı Azərbaycan mason qurumu ilə bağlı araşdırma aparıb və bəzi maraqlı məlumatlar əldə edib.
“Azərbaycan Milli Böyük Lojası” necə qurulub?

“Azərbaycan keçmiş Sovet İttifaqının bir hissəsi idi və Sovet İttifaqının dağılması ilə müstəqillik əldə etmişdi. Azərbaycan Qafqaz dağlarında yerləşən türkdilli Avropa ölkəsidir. Azərbaycanda Azad Masonluğun qurulması layihəsi Vashinqtonda qəbul olunmuş “Azerbaijan Lodge No.2001″in yaradılması ilə başladı. Bir il sonra Vashinqton D.C. Böyük Lojası layihəyə qatılmaq üçün Moskva Böyük Lojasını dəvət etdi. 2002-ci ildə onlar Moskvada “Drujba No.24″ lojasını yaratdılar. 2003-cü ildə sıx dostluq əlaqələrinin nəticəsi olaraq, Vashington D.C. Böyük Lojası Türkiyənin “Nur Lodge 2000″ Böyük Lojası ilə birlikdə Ankarada Demir Savaşçı tərəfindən icarəyə alınan “Xəzər Lojası No.1000″ layihəsini yaratdılar”-deyə “Azərbaycan Milli Böyük Lojası” nın rəsmi açıqlamasında vurğulanıb.
Qurumun yaradılmasında Rusiya Böyük Lojasının köməyi olub

5 dekabr 2008-ci ildə Böyük Ustadların və Böyük katiblərin görüşündə Vashington D.C. Böyük Lojası, Rusiya Böyük Lojası, Türkiyə Böyük Lojası və layihənin təsisçisi Robert Bağır Heyyət arasında Parisdə toplantı keçirilib. Nəticədə Fransa Böyük Lojasının illik əlaqələri ilə yeni Azərbaycan Milli Böyük Lojasının xüsusi məqsədləri qəbul edilib.
Toplantının sonunda protokol imzalanıb və növbəti həftə 9 dekabrda Bakıda təsis üçün razılıq əldə edilib. 9 dekabr 2008-ci ildə Azərbaycan Milli Böyük Lojasının təşkilati toplantısı çağırlaraq Vashington D.C. Böyük Lojası və Rusiya Böyük Lojası tərəfindən Robert Bağır Heyyət ilk Hörmətli Böyük Ustad elan olunub. Həmin iclasda Robert Bağır Heyyət öz Böyük Loja işçilərini elan edib. Növbəti gün dekabrın 10-da Azərbaycan Milli Böyük Lojasında ikinci toplantı keçirilib və təsis lojası, möhtərəm ustadlar və işçilərin qəbul etdiyi yeni nizamnanə Böyük Ustad tərəfindən elan edilib.
Hazırda Azərbaycanda üç aktiv loja fəaliyyət göstərir: Azerbaijan Lodge No.1,
Drujba Lodge No.3, Baku Lodge No.4 (Xəzər Lojası No.2 Ankaradakı Türkiyə Böyük Lojasının nəzarəti altında fəaliyyət göstərir). Azərbaycan Milli Böyük Lojasının 102 üzvü var.
Robert Bağır Heyyət kimdir?

O, türk dünyasında, eləcə də bütün dünyada ən böyük türk masonu olaraq tanınır. Ailəlidir. 2 qızı və 1 oğlu var.
Bu məlumatlar özünü Azərbaycan Milli Böyük Lojası adı ilə çıxış edən qrup tərəfindən təqdim edilib və göründüyü kimi çox çox maraqlı informasiyalar yer alıb. Azərbaycanda mason təşkilatlarının fəaliyyəti haqqında müxtəlif vaxtlarda məlumatlar yayılsa da, ciddi qəbul olunmayıb. 2006-cı ildə özünü Azərbaycan masonlarının lideri elan etmiş Paşa adlı şəxs bir neçə dəfə müsahibə verərək, Bakıdakı fəaliyyəti barədə danışıb. Amma sonralar onun fəaliyyəti barədə heç nə eşidilməyib. İndiki məlumatı Azərbyacan masonlarının fəaliyyəti barədə ilk açıq informasiyalar saymaq olar.

Şərhlər