Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Kifayət Dostumalıyeva və oğlu Kənan Yusifovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Məhkəmə hər iki şəxsə bəraət hökmü çıxarıb. Bu haqda "AzPolitika.info"ya təqsirləndirilən şəxslərin vəkili Ceyhun Yusifov məlumat verib.
Vəkil Ceyhun Yusifovun sözlərinə görə, proses hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilib. O, ən prosesdə müdafiə nitqi ilə çıxış edərək hüquqlarını müdafiə etdiyi şəxslər barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Bununla bağlı sübutlarını və mülahizələrini hakimin diqqətinə çatdırıb.
Bundan sonra məhkəmədə son söz deyən təqsirləndirilən şəxslər də günahsız olduqlarını bildiriblər.
Hakim də tərəfləri dinlədikdən sonra hökm oxuyub. Hökmə əsasən, həm Kifayət
Dostumalıyeva və həm də oğlu Kənan Yusifova bəraət verilib. Barəsində həbs qətimkan tədbiri seçilən K. Dostumalıyevaya məhkəmə iclas zalından azadlığa buraxılıb.
Ceyhun Yusifov sonda obyektiv qərar çıxardığı üçün hakim Eldar İsmayılova təşəkkür etdiyini bildirdi.
Qeyd edək ki, onlar Bakı şəhərində "Sədərək" ticarət mərkəzində mağaza açmaq adı ilə zərərçəkmiş Rəna Verdiyevanın 150 min manatını dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunublar. Barəsində həbs qətimkan tədbiri seçilən K. Dostumalıyevaya qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi açılıb. K. Yusifov barəsində isə polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.
AzPolitika.info


Şərhlər