Menu

Azərbaycanda vergi yükü 40%-ə çatır

08.12.2017, 14:47
Azərbaycanda vergi yükü 40%-ə çatır

Dünya Bank (DB) və "PricewaterhouseCoopers" (PwC) beynəlxalq audit şirkəti tərəfindən hazırlanan "Paying Taxes 2018" adlı icmalda Azərbaycan 35-ci yeri tutub.

Azərbaycanın indeksi 83,79-a bərabərdir.

İcmala əsasən, qiymətləndirmə 190 ölkənin iqtisadiyyatını əhatə edib.

Azərbaycanda vergi yükü 39,8% təşkil edərək ötən illə müqayisədə dəyişməyib.

"Bu göstərici Mərkəzi Asiya və Şərqi Avropa üzrə orta göstərici olan 33,4%-dən yüksəkdir, lakin dünya üzrə orta göstərici olan 40,5%-dən azdır. Vergi yükünün böyük bir hissəsini (67%) əlavə dəyər vergisi və sosial ödənişlər təşkil edir", - deyə icmalda qeyd edilib. /"APA"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol