Prezident İlham Əliyevin dekabrın 5-də verdiyi sərəncamla vergilər naziri postundan uzaqlaşdırılan Fazil Məmmədovun ətrafında yaranan müzakirələr genişlənməkdə və hər keçən gün yeni hal almaqda davam edir.
Sabiq nazirin səhhətində yaranan problemə görə vəzifəsindən göndərildiyi deyilsə də, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin iştirakı ilə Mikayıl Cabbarovun Vergilər Nazirliyinin kollektivinə təqdimatı, vergilər sahəsində problemlərin olmasını dilə gətirməsi ortada ciddi mətləblərin olmasından xəbər verir. Həm də bu məqamda ortaya belə bir sual çıxır: “Nazir səhhətindən şikayətçi idisə, niyə özü istefa vermirdi?...”
Sabiq nazir mətbuata açıqlamasında “Cənab Prezident məni sərəncam verərək işdən azad edib. Bu barədə səlahiyyətlər Prezidentə aiddir və müzakirə olunmur. Mən təşəkkür edirəm. Prezident nə məsləhət bilib, odur. Səhhətimdə az problem var, yaxşıyam, narahat olmayın. Mən bütün jurnalistlərə təşəkkür, minnətdarlıq edirəm” deyib.
Modern.az-a daxil olan məlumata görə, F.Məmmədov “sabiq” statusu aldıqdan sonra nazirlikdə onunla və yaxın çevrəsi ilə bağlı ciddi araşdırmalara başlanıb. Gələn məlumatlarda sabiq nazirin Şəmkirdəki 100 hektar sahəyə malik mülkünün əlindən çıxdığı da iddia olunur.
Heç kimə sirr deyil ki, zaman-zaman vergilər nazirinin tam nəzarətində olan Şəmkir rayonunda onun gördüyü işlərlə, həyata keçirdiyi layihələrlə bağlı ictimaiyyət arasında sensasion məlumatlar yer alıb və mətbuatda silsilə materiallar yayımlanıb.
17 il Vergilər Nazirliyinə rəhbərlik etmiş Fazil Məmmədovla bağlı araşdırmaların doğuracağı səs-küyün hələ qabaqda olduğu vurğulanır..

Şərhlər
Fazil Məmmədovun 100 hektarlıq ərazidəki mülkünə əl qoyuldu
ƏL QOYULDU? BAŞQA HEÇ BİR ŞEY QOYMAYIBLAR? ALA ÖLÜRSÜNÜZDƏ BU TÜRKLƏRİN KƏLİMƏLƏRİNDƏN İSTİFADƏ ETMƏYƏ...ÖZÜNÜZ BİR ŞEY FİKRİLƏŞİN, BİR KƏLİMƏ TAPRIN...ADAMIN ƏTİ TÖKÜLÜR ALA...ONUN BUNUN İFADƏLƏRİN İŞLƏDİB BAŞ GİRLƏMIYİN, ÖZÜNÜZƏ MƏXSUS BİR ŞEY OLSUN
Fazil dəhşətli maliyyə oğrusu idi.İşdən çıxdı,amma adı ilə bağlı çoxlu yaramazlıqlar qaldı.Saday adlı qazaxlı şairi də şərləyib tutdurdu.Ləyaqətini qoruya bilmədi..
INSAN OLUR ADI QALAR MUXENNETIN NEYI QALIR? BES GUNLUK DUNYADA ELLERINE VEZIFE KECEN KIMI ETMEDIKLERI YARAMAZLIQ QALMIR. ELE BIL BU DUNYADA EBEDI QALACAQLAR
YAP-IN HANSI TƏRPEDIRSƏN ARXASINDAN DƏHŞƏTLI OĞURLUQ,
TALAN,XALQ MALINI MƏMNIMSƏMƏ,YEYINTIƏR ORTAYA ÇIXIR.
ÇOX MARAQLIDIR,BU PARTIYA DAXİLİNƏ KIMLƏRI VƏ NİYƏ TOPLAYIB?
öLKƏNİ ÖZƏLLƏŞDİRMƏK ÜÇÜN?
F.Məmmədovun əmlakına əl qoyuldusa,onda kadrlarına da ...Bir sözlə KİV -nin ,sayıtların,qeybətçil siyasətçilərin bir müddət ``çeynəməyə`` materialları var.Millətə,Xalqa xeyirli isə...ortalıqda heç nə yoxdur.
Men onu bilirem ki,adam çox yeyib içende başı herlenir ve qusur.Deyirem qusmağın ve milletin könlünü almağın vaxtıdı.Neteri bilmemişik ee bunların bu oğurluğunu
CENGELLIK QANUNLARI DAVAM EDIR.
MİSTER CONson, öncə izah edin biz də anlayaq-"MİSTER" tərcümədə "ALA" deməkdirmi? "Son", əslində qədim türkcədən qalma "oğlu"nun sinonimidir. Yəni, nəslin(ailənin) SONuncu övladı Con(son). Bu dil tarixindən qalmış onlarla dəlillərdən biridir. Qədimi isə 7-10 min il tarixi olan "Şahmat"dır. Bu "strateji" məqsədli "tarix" yazıları yox, həqiqi tarixin izləridir.
NAZİR MƏTBUATA AÇIQLAMASINDA MÜXBİRLƏRƏ DEYİR Kİ,NARAHAT OLMAYIN,SƏHHƏTİMDƏ DƏ PROBLEM YOXDUR.MƏN İNANMIRAM Kİ,ÖLKƏDƏ VƏ HƏTTA,ONUN HÜDUDLARINDAN KƏNARDA ELƏ 1 JURNALİST TAPMAQ MÜMÜKÜN OLA Kİ, FAZİL MƏMMƏDOVUN SƏHHƏTİ ONU İYNƏNİN İLDUZU BOYDA NARAHAT EDƏ.HƏTTA SARAYIN SÜMSÜK JURNALİSTLƏRİNİN BELƏ"ÜRƏYİNİ RENTGEN ELƏSƏK"ORADA BU DOYUB-DOLANMAYAN NAZİRƏ QARŞI XEYLİ SAYDA ƏCAYİB-QƏRAYİB GÖRÜNTÜLƏRƏ ŞAHİD OALRIQ.OLİQARXLAR ARASINDA BU QIRĞIN HƏTTA NAMUS MƏSƏLƏSİNƏ QƏDƏR GEDİB ÇIXACAQ.CƏHƏNNƏMƏ KİMİ.BİZƏ NƏ.
Nə düşmüşünüz F.Məmmədovun üstunə.Güya digər nazirlərin bundan az oğurlamaqları var?Müslümov bu villaları maaşla tikdirib? Digərlərini aryan olsa daha dəhşətli mal varlıqları ortaya çıxar.Bunların hamısı YAP-çılardıır.
Ortaya hecbir sual cixmir.1ci bizde ozu istefa vermek medeniyyeti yoxdy 2ci istese bele kimdi onu buraxan
Qızın yazıedı ki, atam dövlətə namusla xidmət edib.Buna namus yox OQURLUQLA XİDMƏT deyərlər.Namus bəlkə sizin ücün belə olur.
Mülklər bir oğrudan o biri oğruya keceçək. Xalga nə....?
"Su başından bulanar"+++"Eşşəyi buraxıb palana vuranlar"a aiddir