Menu

BMT-nin qərarından sonra Ərdoğandan Trampa mesaj

22.12.2017, 00:00
BMT-nin qərarından sonra Ərdoğandan Trampa mesaj

BMT Baş Assambleyasında baş tutan səsvermədə ABŞ Prezidenti Donald Trampın Qüdsün statusu ilə bağlı qərarının rədd edilməsindən sonra Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın Tvitter hesabında məsələ ilə bağlı bəyanat yayılıb.

Axar.aza istinadən 3 dildə (İngilis, ərəb və türk) yayımlanan bəyanatı təqdim edirik: “Qüdsün statusu ilə bağlı BMT Baş Assambleyasına təqdim edilən qətnamənin böyük səs çoxluğu ilə qəbul edilməsini məmnuniyyətlə qarşılayırıq. Tramp administrasiyasının Qüdslə bağlı qərarının hüquqi qüvvəyə malik olmadığı bir daha ortaya qoyuldu. Ümid edirik ki, administrasiya tez bir zamanda bu qərarından imtina edər”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol