Menu

“Fənlərin Dostluğu Olimpiadası”nın qalibləri mükafatlandırılıb - FOTOLAR

25.12.2017, 18:27
“Fənlərin Dostluğu Olimpiadası”nın qalibləri mükafatlandırılıb -  FOTOLAR

Dekabrın 23-də Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunan VIII “Fənlərin Dostluğu Olimpiadası”nın qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. “AzPolitika.info”nun məlumatına görə, tədbir Bakı şəhərində - Odlar Yurdu Universitetinin Böyük Akt zalında Azərbaycan Respublikası Prezidentinin Yanında Bilik Fondu, Odlar Yurdu Universiteti və Hədəf Kurslarının birgə təşkilatçılığı ilə baş tutub.

Respublikamızda fəaliyyət göstərən ümumtəhsil məktəblərinin Azərbaycan bölməsində təhsil alan IX-X sinif şagirdləri arasında keçirilən Olimpiadanın builki buraxılışında ölkənin müxtəlif bölgələrindən 1200-dən artıq şagird iştirak edib. Olimpiadada ən yüksək bal toplamış ilk 10 şagird təşkilatçılar və sponsorlar tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırılıblar. Bu ilki Olimpiadada ilk yerlərin qalibləri Sumqayıt şəhəri Texniki Təbiət elmləri Liseyin, Bakı şəhəri akademik Zərifə Əliyeva adına Liseyin və Bakı şəhəri Suraxanı rayonu 226 saylı tam orta məktəbin şagirdləri olmuşlar.

İdeya müəllifi f.ü.f.d., dos. Şamil Sadiq olan və 2010-cu ildə Hədəf Nəşrləri tərəfindən təsis edilən Olimpiadanın builki buraxılışının dəstəkçiləri Medika Hospital, Hədəf Multimedia Mərkəzi, Altun Kitab, Azərbaycan Elm Assosiasiyası, Hedef Global, Kitabevim.az kitab mağazaları şəbəkəsidir. APA TV, edumap.az, Ustad dərgisi, senet.az portalı Olimpiadanın informasiya tərəfdaşlarıdır.

[gallery size="full" columns="5" ids="381297,381298,381299,381300,381301,381302,381303,381304,381305,381306,381307,381308,381309,381310,381311,381312,381314,381315,381317,381318,381319,381320,381323,381324,381325"]

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol