Azərbaycanda növbəti il üçün Həcc ziyarətinə sənəd qəbulu vaxtından tez başlayacaq.
Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) APA-ya verilən məlumata görə, idarənin Həcc missiyasının nümayəndələri ziyarətin qiymətlərinin müəyyənləşdirilməsi, hotellərin təyinatı və digər hazırlıqlarla bağlı Səudiyyə Ərəbistanına yola düşüb.
Nümayəndə heyəti geri dönəndən sonra - yanvarın əvvəlindən ziyarət hazırlıqların başlayacaq.
Bildirilir ki, ötən ilkindən fərqli olaraq bu il qiymətlərdə artım gözlənilir. Buna səbəb 5 və 6 ulduzlu hotellərin qiymətlərinin artmasıdır.
Qeyd edək ki, bundan əvvəl QMİ-nin Həcc ziyarəti ilə bağlı nümayəndə heyəti yanvarın sonunda Səudiyyə Ərəbistanına səfər edəndən sonra hazırlıq işlərinə start verilir, fevraldan isə ziyarət üçün sənəd qəbuluna başlanırdı.
Bu il Azərbaycandan indiyə qədər ən az sayda - 900 zəvvar Həcc ziyarətində olub. Əvvəlki illərdən fərqli olaraq, bu il zəvvarlar üçün fərqli paketlər (VİP və nisbətən ucuz) təqdim edilməyib. Bir nəfərlik ziyarət paketinin qiyməti 3850 dollar olub.

Şərhlər
Ay seyx men basa dusmirem ehali ziyaretd qedir yoxsa istirahete? Bu qiymete kosmos
a ucurlar.ildede hamsi narazi qayidir.e o pullari verin yetim yeskre , onda halal olar,
Deyəsən şeyxin klinikası çox baha başa gəlib.Kişi tibb aləminə mübarək qədəmlərini basar-basmaz həccin qiyməti qalxdı mən ölüm.Sən canın,ikincisini açma.Zəvvarlara yazığın gəlsin.