Menu

İranda etirazlar zamanı ölənlərin sayı 20 nəfərə çatıb

02.01.2018, 11:28
İranda etirazlar zamanı ölənlərin sayı 20 nəfərə çatıb

İranda keçirilən etiraz aksiyaları zamanı bu gecə daha 9 nəfər ölüb.

Bu barədə Trend IRIB dövlət telekanalına istinadən məlumat verir.

Bununla da aksiyalarda ölənlərin sayının 20 nəfərə çatdığı bildirilir.

Qeyd edək ki, bundan əvvəl İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamhani etirazların arxasında ABŞ, Böyük Britaniya və Səudiyyə Ərəbistanının dayandığını bildirmişdi. O, etirazların bir neçə gündən sonra başa çatacağını deyib.

Xatırladaq ki, dekabrın 28-dən İranın Tehran, Məşhəd, İsfahan və Rəşt şəhərlərində kütləvi sosial etiraz aksiyaları keçirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol