Menu

Xamneyidən etirazlarla bağlı İLK AÇIQLAMA

02.01.2018, 16:01
Xamneyidən etirazlarla bağlı İLK AÇIQLAMA

"Düşmənlərimiz ölkəmizdə üsyan təşkil edirlər".

Trend-in məlumatına görə, bunu İranın ali lideri Ayətullah Əli Xamneyi etiraz aksiyaları ilə bağlı ilk açıqlamasında deyib.

O bildirib ki, bu üsyan üçün pul, silah və casuslardan istifadə edilir.

İranda keçirilən etiraz aksiyalarında ölənlərin sayı 20 nəfərə çatıb. Ötən gün təkcə Tehranda 450 nəfərin saxlandığı bildirilir.

Xatırladaq ki, dekabrın 28-dən İranın Tehran, Məşhəd, İsfahan və Rəşt şəhərlərində kütləvi sosial etiraz aksiyaları keçirilir.

Şərhlər

Maqsud 2018-01-02 16:01:50

DÜNYA MÜSƏLMANLARININ QIRĞININA SƏBƏB OLAN TRAMB İNDİ DƏ İRANA İLİŞİB.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol