Menu

Yeni Ombudsmanın seçilməsi yenə təxirə salındı

04.01.2018, 16:22
Yeni Ombudsmanın seçilməsi yenə təxirə salındı

Azərbaycanın insan hüquqları üzrə müvəkkilinin (Ombudsman) seçilməsi məsələsi Milli Məclisin yaz sessiyasında da müzakirəyə çıxarılmayacaq.

APA-nın məlumatına görə, Ombudsman postuna yeni namizədlərlə bağlı qərar layihəsinin Milli Məclisin 2018-ci il yaz sessiyasında müzakirəyə çıxarılması nəzərdə tutulmur.

Qeyd edək ki, yeni Ombudsmanın seçilməsi ilə bağlı qərar layihəsinin 2017-ci ilin payız sessiyasında da müzakirəyə çıxarılması gözlənilirdi. Lakin layihə müzakirəyə çıxarılmadı.

Hazırda insan hüquqları üzrə müvəkkil (Ombudsman) Elmira Süleymanovadır. Onun səlahiyyət müddəti 2017-ci ilin mart ayının 5-də başa çatıb. Yeni Ombudsmanın seçilməsi ilə bağlı məsələ təxirə düşdüyündən Elmira Süleymanova fəaliyyətini davam etdirir.

O, iki dəfə - 2002 və 2010-cu illərdə Ombudsman seçilib.

Şərhlər

S.Holms 2018-01-04 16:22:43

Guya bu ambusman kime lazimdiki? Havayi pul alirlar. Ne tezesi, ne de kohnesi Xalqa lazim deyil! Yalandan adi var ----- Sirma !

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol