Menu

Saakaşvili istintaqda dindirilir

16.01.2018, 15:11

saakashvili-mikhail.siGürcüstanın sabiq prezidenti və Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvili növbəti dəfə ifadə vermək üçün Ukrayna Təhlükəsizlik Xidmətinə gəlib.

Trend-in məlumatına görə, o, cinayətkar qrup iştirakçılarına kömək göstərilməsi işi üzrə istintaq işində şübhəli şəxs qismində dindirilir.

Məlumata görə, istintaq yerli vaxtla saat 12:00-a təyin edilsə də, M.Saakaşvili 20 dəqiqə gecikmə ilə çatıb.

Qeyd edək ki, Tbilisi məhkəməsi sabiq prezident M.Saakaşvilinin barəsində qiyabi olaraq 3 il müddətinə həbs olunması barədə qərar qəbul edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol