Rəqabət Məcəlləsi Milli Məclisin yaz sessiyasında müzakirə edilməyəcək.
Modern.az-ın məlumatına görə, Rəqabət Məcəlləsinin müzakirə edilməsi “Milli Məclisin 2018-ci il yaz sessiyasının işlər planına” daxil edilməyib.
Bu da o deməkdir ki, Məcəllə 2018-ci ilin yaz sessiyasında da qəbul edilməyəcək.
Qeyd edək ki, Rəqabət Məcəlləsi 2006-cı ildə prezident tərəfindən Milli Məclisə təqdim edilib. Bu qanun layihəsi 2-ci oxunuşdan keçsə də, hələ ki 3-cü oxunuşa təqdim edilməyib. Artıq 11-ci ildir ki, bu qanun qəbul olunmur. Məcəllədə əsas məsələlər rəqabət yaradacaq məhsulların davamlı istehsalını təmin etmək, ixrac yönümlü məhsulların istehsalını təşkil etmək, inhisarçılığı aradan qaldırmaq nəzərdə tutulub.


Şərhlər
Ele buna gore feodal olkesi olarag galirig.Yalani olkede hami danishir,amma igtidarin yalani mugayise edilesi deyil.Butun gostericilerimiz olu ermenistandan da 5-6 defe ashagidir ve bunu kosmik inkishaf adlandirirlar.Ermenin inkishafina ne ad verirler?goresen?