Menu

Vəkillər Kollegiyası Cahangir Hacıyevin vəkillərini cəzalandırıb

22.01.2018, 21:46
Vəkillər Kollegiyası Cahangir Hacıyevin vəkillərini cəzalandırıb

"Azərbaycan Beynəlxalq Bankı" ASC-nin idarə heyətinin həbsdə olan sədri Cahangir Hacıyevin vəkilləri Fəxrəddin Mehdiyev və Aqil Layıc cəzalandırılıb. Vəkil Fəxrəddin Mehdiyevin APA-ya verdiyi məlumata görə, Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarı ilə onun fəaliyyəti bir illik dayandırılıb, vəkil Aqil Layıca isə töhmət verilib.

F. Mehdiyev bildirib ki, onlar C. Hacıyevlə bağlı mətbuatda bir sıra məlumatlar yayıblar, müsahibələr veriblər. Bundan sonra baş prokurorun müavini Rüstəm Usubov kollegiyaya şikayət məktubu göndərib.

F. Mehdiyev bildirib ki, kollegiya onların intizam xətasına yol vermələri qənaətinə gəlib:"Lakin mən hesab edirəm ki, qərar əsassızdır. Biz müvəkkilimizə hüquqi yardım göstərmişik" .

Qeyd edək ki, C. Hacıyev məhkəmə hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib.

Şərhlər

AZƏRBAYCAN QADINI 2018-01-22 21:46:15

Gerek Aqil Layıcı uzaqlaşdıraydılar.Neçe ildi bir fırıldaqçını müdafie edir. Hansı ki,o fırıldaqçı yoldaşımın sayesinde çörek tapıb,amma yoldaşımın vefat etmeyinden istifade edib pulumuzu cibine qoyub,yeni oğurlayıb.Bu da onu canla-başla müdafie edir.Hele meni de yalandan mehkemeye veribler ki,guya biz buna borcluyuq.Aqil Layıc,aile başçısını itirmiş qadınla "vuruşmaq" şerefli iş deyil,çox böyük günahdır.Hele yalandan şer atıb mehkemeye vermek ve bir ananın haqsız yere göz yaşlarının günahı çoox ağırdı...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol