Menu

Ərdoğan 3 milyondan çox suriyalı qaçqını qaytarır

24.01.2018, 14:27
Ərdoğan 3 milyondan çox suriyalı qaçqını qaytarır

Türkiyə sayı 3 milyonu keçən suriyalı qaçqınları geri göndərəcək. Trend-in məlumatına görə, bunu Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyəli lider onların qaytarılacağı yeri də açıqlayıb. Belə ki, R.T.Ərdoğan vurğulayıb: "Qaçqınları Suriyada terrorçulardan təmizlənmiş ərazilərə qaytaracağıq".

Türkiyə prezidenti daha sonra qeyd edib: "Türkiyə Suriyanı işğal etmir, əksinə terrorçulardan azad edir".

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin şəhərində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol