Menu

Əfqanıstanda matəm elan olunub

28.01.2018, 16:47
Əfqanıstanda matəm elan olunub

Əfqanıstan hökuməti Kabildə törədilmiş terror aktında çoxsaylı tələfatla əlaqədar bu gün milli matəm elan edib. APA-nın məlumatına görə, bu barədə "1TV" telekanalın məlumat yayıb.

Eyni zamanda bazar ertəsi Kabil sakinləri üçün istirahət günü elan edilib.

Qeyd edək ki, şənbə günü Kabildə diplomatik korpusların olduğu Vəzir-Əkbər-Xan məhəlləsində partlayış törədilib. Partlayış nəticəsində 95 nəfər ölüb, 191 nəfər yaralanıb. Partlayışa görə məsuliyyəti "Taliban" Hərəkatı öz üzərinə götürüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol