Menu

Sakit okeanda itkin düşmüş bərənin 7 sərnişini tapılıb

28.01.2018, 17:10
Sakit okeanda itkin düşmüş bərənin 7 sərnişini tapılıb

Yeni Zelandiyanın Hava Qüvvələri içərisində Sakit okeanda itkin düşmüş bərənin 7 sərnişini olan qayıq aşkar edib. Trend-in məlumatına görə, qayıq Sakit okeanda yerləşən Nauru ada dövlətinin sahillərindən 300 km məsafədə tapılıb. Sərnişinlər qayıqdan təxliyyə olunub.

Bərəni digər sərnişinlərinin axtarışları davam etdirilir.

Qeyd edək ki, bərə dekabrın 18-də Nonouti adasının limanından çıxıb və dekabrın 20-də Kiribatinin paytaxtı Cənubi Taravaya gəlməli idi. Lakin bərə təyin olunmuş vaxtda gəlib çıxmayıb. Bərə ilə əlaqə kəsildiyinə görə, axtarışlar başlanılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol