Kiyev Şəhər Dövlət Administrasiyasının başçısı Vitali Kliçko 20 məmuru Azərbaycana göndərir.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Depo.Kiyev”in məlumatında bildirilir.
Məmurlar xüsusilə paytaxt Bakıya evlərin ərazilərinin və evyanların saxlanması, bərk məişət tullantılarından istifadə, enerjiyə qənaət və binaların təmiri ilə bağlı iş təcrübəsini öyrənmək məqsədilə gəlirlər.
Fevralın 1-dən 4-nə qədər davam edəcək səfərdə Kiyev merinin müavini Pyotr Panteleev, Departamentin mənzil və kommunal infrastrukturunun direktoru Dmitriy Naumenko və onun müavini Aleksandr Malhin də olacaq.

Şərhlər
Yaziq KIYEVI BAKININ gunine salacaq bu boksyor yaqiw azca yaqmaqada pewman olacaq..
Külü qoyum Kliçkonun zərbələrdən boşalmış başına! Kişidirsə qoy turist kimi gəlib gəzsin Bakının xaraba küçələrini. Yoxsa, pudralı maşınlarda....
Dini,milli,irqi ayriseckiliye yol verilecek,shxsiyyeti alcaldacaq kommetler yazmaq olmaz.Ona gore de Abutalibov haqqinda men yazmiram.
Kliçkonun başı xarab olub? Yəqin rüşvətin hansı yollarla alınmasından söhbət gedir.