«AzPolitika.info»-nun Rusiya KİV-nə istinadla verdiyi xəbərə görə, Rusiyanın Federasiya Şurası (FŞ) informasiya siyasəti Komissiyasının sədri Aleksey Puşkov bəyan edib ki, Pentaqon Rusiya sərhədləri yaxınlığında uçuşlar həyata keçirməklə, təhlükəli oyun oynayır.
Puşkov bu barədə öz «Tvitter» səhifəsində yazıb: «ABŞ təhlükəli oyun oynayır».
Senatorun sözlərinə görə, bir halda ki, ABŞ hərbi idarəsi kəşfiyyat uçuşlarını davam etdirir, Rusiya da həmin təyyarələri «tutmaq»dan imtina etmək niyyətində deyil.
Bundan əvvəl xəbər verildiyi kimi, Rusiya sərhədləri yaxınlığında beynəlxalq sularda ABŞ özünün hərbi aviasiyasının uçuşlarını dayandırmaq niyyətində olmadığını bildirib.


Şərhlər
От чего боитес,надо сразу избит,