Menu

Bakıda məşhur restoranda yanğın başladı - Camaat təxliyə olundu

07.02.2018, 20:22
Bakıda məşhur restoranda yanğın başladı - Camaat təxliyə olundu

Bakıda məşhur restoranda yanğın hadisəsi olub.

BakuPost xəbər verir ki, hadisə Xocalı prospekti 20 ünvanında yerləşən "Sumakh” restoranında qeydə alınıb. Belə ki, restoranın içərisində başlayan yanğın tez bir zamanda ətrafı bürüyüb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub. Restorandakılar və bina əhalisi təxliyə olunub. Hazırda yanğının söndürülməsi istiqamətində iş aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol