«AzPolitika.info»-nun Rusiya KİV-nə istinadla verdiyi xəbərə görə, Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin (XİN) şərhində deyilir ki, Suriyanın ərazi bütövlüyü barədə Vaşinqtonun verdiyi bəyanatlara rəğmən, Amerika Birləşmiş Ştatlarının (ABŞ) pozucu fəaliyyəti Afrində vəziyyətin gərginləşməsinə gətirib çıxardıb.
«Hazırda Suriya hökumət ordu hissələrinin ümumiyyətlə, olmadığı Afrin rayonunda ABŞ-ın öz «müştəri»lərini dəstəkləmək istiqamətindəki addımları və Suriyanın ərazi bütövlüyünün dəstəklənməsi barədə bəyanatlarına rəğmən pozucu fəaliyyəti bu bölgədə gərginliyin artmasına gətirib çıxardıb» - xəbərdə deyilir.
Türkiyə silahlı qüvvələri (SQ) Baş qərargahı yanvarın 20-də Suriyanın Afrin rayonunda kürd stlahlı qruplaşmalarına qarşı «Zeytun budağı» əməliyyatının başlandığını elan edib. Türkiyə qüvvələri ilə eyni vaxtda, «Azad Suriya ordusu» (ASO) da əməliyyatda iştirak edir. Dəməşq, Türkiyənin Afrindəki fəaliyyətini qətiyyətlə pisləyib və bəyan edib ki, bu ərazilər Suriyanın ayrılmaz hissəsidir. Afrində yaranmış vəziyyətlə bağlı Moskva bütün tərəfləri təmkinli olmağa və Suriyanın bütövlüyünə hörmətlə yanaşmağa çağırıb.


Şərhlər