1 yanvar 2018-ci il tarixinə Azərbaycanın xarici dövlət borcu 9,398.3 milyard dollar (15,978.1 milyon manat) olub. Maliyyə Nazirliyindən verilən məlumata görə, xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti 22.8 faiz (2017-ci il üçün hesablanmış 70,135.1 milyon manat ÜDM-ə nisbətdə) təşkil edib.
Borca hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanətilə cəlb edilmiş kreditlər üzrə şərti öhdəliklər daxil edilib.
Xarici dövlət borcu beynəlxalq maliyyə institutlarından infrastruktur layihələri və maliyyələşmə proqramları üçün cəlb edilmiş kreditlərdən, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş qiymətli kağızlardan ibarətdir.

Şərhlər
Mühüm olan xarici borcun olması və bu qədər böyük olması deyil (Azərbaycan üçün bu yol verilməz böyük rəqəmdir). Mühüm olan o da deyil ki, son 10 ildə ölkəyə daxil olan bu qədər vəsait olduqca səmərəsiz istifadə olunub, talandı. Bunlar artıq baş verib, heç nə etmək mümkün deyil. Mühüm olan bundan sonrakıdır. Proqnozlara görə yaxın 20 ildə ölkəyə 100 mlyarddan yuxarı xais neft gəlirləri daxil olacaq. Mühüm olanda budur ki, bu pullara məmurların nəvələri İstanbulda hotellər alacaq, yaxud millət inkişaf edəcək?
Kisinin borcu olarda burda ne varki
Omona: elədir,kişinin borcu da olar, düşməni də, atdan düşüb piyada gəzdiyi günləri də. Amma, niyə, hansı səbəblər üzündən???- bu, birinci mühüm sualdır; ikinci mühüm sual isə - bundan sonrası necə olacaq??? Bu sualların cavablarından asılıdır kişi, at və yenidən atlanmaq ......)))
10 ildir müharibə gedən İraqın bərpası üçün 88 miyard dollar tələb olunur. Ondan 5 dəfə kiçik firavan Azərbaycanda regionların inkişafına 150 milyard dollardan artıq pul xərclənib.Baxanda bu məbləği "yeyən" regionlar İraqdan çox İraqa oxşayır.Abutalıbov hələ indi səkiləri qayırmağa başlayıb, mərmərdən pandus tikir.20 ildir səki düzəldir, indi yada düşür ki, mərmər pandus lazım imiş. Bu şəhərin memarı, ağlı başında olan bir əli çəkic tutanı varmı? Nə isə. deyilən sağlığa..