Menu

Qəbələdə futboldan sonra kütləvi toqquşma - VİDEO

17.02.2018, 18:08
Qəbələdə futboldan sonra kütləvi toqquşma  - VİDEO

Bu gün "Qəbələ" və "Zirə" komandaları arasındakı Topaz Premyer Liqasının XVI tur matçından sonra dava düşüb.

Modern.az saytı xəbər verir ki, baş hakim Rauf Cabbarovun final fitindən dərhal sonra iki komandanın futbolçuları arasında kütləvi toqquşma baş verib.

Toqquşmada meydan sahiblərindən kapitan Cavid Hüseynovla Vitali Vernidub, qonaq komandadan isə Riçard Qadze ilə Sadio Tounkara daha fəal iştirak edib. Münaqişə elə onların komanda yoldaşları və texniki personalın müdaxiləsindən sonra aradan qaldırılıb.

Qeyd edək ki, görüş "Qəbələ"nin qələbəsi ilə yekunlaşıb - 2:1

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol