Menu

«Rusiya silahlanmaya qoşulmağa hazırlaşmır» - Peskov

03.03.2018, 16:00

dmitry_peskov_050913«AzPolitika.info»-nun Rusiya KİV-ə istinadla verdiyi xəbərə görə, Kremlin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, Prezident Vladimir Putinin Rusiya Fedaral Məclisinə çağırışı militarist xarakter daşımır, təqdim olunmuş yeni silah növləri isə dünyada nüvə paritetinin saxlanmasının zəmanətidir.

«Bunu heç vəchlə silahlanmanın başlanbıcı hesab etmək olmaz, çünki bu, raket əleyhinə müdafiə (RƏM) sistemləri üzrə Müqavilənin pozulmasına və Amerika Birləşmiş Ştatlarının (ABŞ) həmin Müqavilədən çıxmasına və qlobal RƏM sistemi yaratmaq istiqamətində xeyli aktiv prosesinə Rusiya Federasiyasının bir cavabıdır. Açıq-aydın görünür ki, bu da öz növbəsində, perspektivdə strateji pariteti, nüvə partitetini poza və faktiki olaraq, Rusiyanın strateji qüvvələrini neytrallaşdıra bilər» - deyə, Peskov jurnalistlərə bəyan edib.

O, qeyd edib ki, çağırış zamanı təqdim olunmuş yeni silah növləri bütün dünyada sülhün və sabitiyin qorunub saxlanması üçün vacib olan «strateji paritetin zəmanətli dəstəklənməsı»ndən başqa bir şey deyil.

«Rusiya, heç bir silahlanmaya qoşulmağa hazırlaşmır» - deyə, Peskov inandırmağa çalışıb.

«Çağırışın «hərbi hissəsinin» səsləndirilməsindən sonra, Kreml beynəlxalq təcridin güclənməsindən ehtiyatlanmır ki?» - sualına cavab verən Peskov əmin edib ki, «Bu, Prezidentin öz çağırışında ortaya qoyduğu nöqteyi-nəzərin yanlış və hipertroflanmış qəbuludur».

O, xatırladıb ki, Putin bu nöqteyi-nəzəri «NBC» telekanalına verdiyi müsahibədə şərh edib. Müsahibənin bir hissəsi martın 2-də efirə çıxıb.

Kremlin sözçüsü diqqəti buna yönəldib ki, «beynəlxaq sabitlik və təhlükəsizlik nöqteyi-nəzərindən, «nüvə triadasının yavaşıdıcı elementi yaxşı məlumdur və hamı tərəfindən istifadə olunur».

«Hələ 2003, 2004, 2005-ci illərdə Prezidentin dediyi kimi, Rusiya ABŞ-ı belə hərəkətlərdən (RƏM sisteminin genişləndirməkdən - red.) ciddi-cəhdlə çəkinməyə çağırıb və bildirib ki, Rusiya da paritetin bərpa olunması yolu ilə getməyə məcbur olacaq» - deyə, Peskov bildirib.

Onun fikrincə, «Prezident dünən bundan danışıb ki, bu da məhz strateji paritetin zəmanətli dəstəklənməsi» deməkdir.

«Putin qeyd edib ki... Rusiya ABŞ-n planlarına və RƏM sistemlərinin yerləşdirilməsi istiqamətində aparılan işlərə simmetrik cavab verməyəcək. Söhbət asimmetrik cavabdan - ixtiyari raket əleyhinə müdafiəni yaramaq gücündə olan, ölçüyəgəlməz qədərində ucuz başa gələn (həm də vseriyalı istehsalı zamanı) yeni zərbə sistemlərinin yaradılmasından gedir» - deyə, Peskov izah edib.

Odur ki, Peskov bütün bunları militarist bəyanat kimi qəbul etməyin düzgün olmadığını vurğulayıb.

Şərhlər

o.b.n 2018-03-03 16:00:44

Sizin hərbi bücəniz 47milyard ABŞ ın hərbi bücəsi isə 650 miliyad necə qoşulasınız gərək hayıstandan və ya Suryadan 600 milyard əl borcu alasiniz.Ən asan yol isə Krimdan Qarabağdan əl çəkin Rus və dunya xalqlarinın cani bu bələdan qutarsin

cumbulu 2018-03-03 16:00:44

Ay sarı gədə, guya siz oradan çıxmışdınız??

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol