Menu

Ankarada İŞİD-ə qarşı əməliyyatda 12 nəfər tutuldu - ABŞ səfirliyinin xəbərdarlığından sonra

05.03.2018, 10:47
Ankarada İŞİD-ə qarşı əməliyyatda 12 nəfər tutuldu - ABŞ səfirliyinin xəbərdarlığından sonra

ABŞ-ın Türkiyədəki səfirliyinin terror təhlükəsi ilə bağlı yaydığı xəbərdarlıqdan sonra Ankarada İŞİD terrorçularına qarşı əməliyyat keçirilib və 12 nəfər tutulub.

“Report” “Haberler”ə istinadən xəbər verir ki, məlumatı Ankara Polis İdarəsinin Terrora qarşı Mübarizə Şöbəsi yayıb.

Bildirilib ki, 20 şübhəlinin tutulması istiqamətində əməliyyat keçirilib. Onlardan 12-si tutulub. Aniterror əməliyyatı davam edir.

Qeyd edək ki, martın 5-də ABŞ-ın Ankaradakı səfirliyi fəaliyyətini bir günlüyə dayandırıb. Bu addımın təhlükəsizlik məqsədi ilə atıldığı bildirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol