"MANATIN TALEYİ SUAL ALTINDADIR" - Deputatdan dollar kreditlərilə bağlı hökumətə çağırış 

1435650966_elimesimli

"Hökumət bu problemin həllini dondurmaq siyasəti yeritməklə əslində həm də hər gün, hər hətfə, hər ay özünün də bu problemi həll etmək şansını da itirməkdədir"

Son günlərdə yenidən manatın ucuzlaşması və problemli kreditlərlə bağlı məsələlər gündəmə gəlib. Artıq ekspertlər birmənalı şəkildə manata ciddi təzyiqlərin olduğunu dilə gətirir və bununla bağlı öz təkliflərini verirlər. Bununla yanaşı  Azərbaycanda problemli kreditlər sahəsində də xoşa gəlməyən mənzərənin yarandığı və bunun da bank və maliyyə sektorunda  ciddi sorunlara  yol aça biləcəyi bildirilir. Yaranmış bu vəziyyətlə bağlı Milli Məclisin iqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsinin üzvü Əli Məsimlinin Gununsesi.info-ya müsahibəsini təqdim edirik.

– Əli bəy, Bir sıra ekspertlər bildirirlər ki, manata ciddi təzyiqlər mövcuddur. Onlar hesab  edirlər ki,  Mərkəzi Bankın məzənnə siyasəti düz olmadığından, manata təhlükə gözələnilir. Siz necə düşünürsünüz?

– 2015-ci ilin iki şok devalvasiyasından sonra gedən proseslərin təsiri altında 1 dollar 1,92 manat səviyyəsinə enən manat, 2017-ci ilin fevralından başlayaraq yenidən bir qədər nominal dəyər qazanıb və hazırda 1 dollar 1,7 manat ətrafında qərarlaşıb. 2015-ci ilin 21 dekabrındakı ikinci şok devalvasiyadan sonra Mərkəzi Bank “üzən məzənnə” rejiminə keçdiyini elan edib.Amma beynəlxalq təcrübədən məlumdur ki, üzən məzənnə rejimi belə olmur. Bu tənzimlənən üzən məzənnə, həftəsonu və bayramlarla əlaqəli bir sıra hallarda isə fiksə olunan məzənnə rejimidir. Bu rejimi tətbiqi məqbul hesab olunan zaman kəsiyindən uzun olanda fısadları da artır. Əgər manat tam üzən məzənnə rejiminində fəaliyyət göstərsəydi və milli valyutamızın məzənnəsi onun bazar dəyəri ətrafında nisbi sabitlik nümayiş etdirsəydi, həmçinin manatın məzənnəsinə təsir edən bütün fundamental amillərin durumu valyutamızın xeyrinə işləyib, sabitliyini şərtləndirsəydi, onda manatın sabitləşməsini birmənalı şəkildə müsbət dəyərləndirmək olardı. Lakin hələlik manata birbaşa və dolayı yolla təsir edən daxili və xarici amillərin bir hissəsi dayanıqlı şəkildə manatın xeyrinə işləmir. Bu baxımdan manat ətrafındakı risklər hələ qalmaqdadır. İqtisadi qanunauyğunluqların məntiqindən çıxış edib demək olar ki, 2017-ci il fevralın əvvəllərindən başalayaraq dollara nisbətdə manatın məzənnəsinin artmasının səbəbləri aydın olsa da, bunun fundamental iqtisadi əsasları zəifdir. Ona görə də manat beynəlxalq təcrübədən məlum olan üzən məzənnə rejiminə tam keçəndə təbii ki, onun məzənnəsində müəyyən qalxıb-enmələr olacaq. Manatın bu ilin ikinci yarısından məzənnəsinin dəyişəcəyi barədə verilən müxtəlif proqnozlara gəldikdə isə, xarici amillərdən doğan təzyiqləri tam proqnozlaşdırmaq mümkün olmadığından, bu proqnozdan daha çox mülahizələrdi… Çünki manata təsir edən daxili və xarici amillərin hər birinin rolunu inkar etmədən, belə bir reallığı da nəzərə almaq lazımdır ki, hazırda manatın əleyhinə və leyhinə işləyən amillərin hansının təsirinin o birini üstələyəcəyi xeyli dərəcədə Mərkəzi Bankın yeritdiyi məzənnə siyasəti kontekstində davranışlarından asılı olacaq.

-Hazırda manatın əleyhinə və leyhinə işləyən amillərdən hansının təsiri daha güclüdür?

-Manatın məzənnəsinə həm daxili, həm də xarici amillər təsir edir. Daxili amillər içərisində iqtisadiyyatımızın real, maliyyə və sosial sektorlarının durumu, ölkədən kapital axınının sürəti və həcmi, ölkənin və Mərkəzi Bankın valyuta ehtiyatları sarıdan vəziyyət,  onun yeritdiyi məzənnə siyasəti, maliyyə və bank sektorunun problem və çətinlikləri, bank sisteminin davranışları, psixoloji amillər, spekulyativ amillər və sair əsas yer tutur. Hazırda sadaladığımız daxili amillərin hər birində özünəməxsus problemlər var. Məlum olduğu kimi, 2016-cı ildə ÜDM-in 3,8 faiz azalıb. Bu, ölkə iqtisadiyyatının 2,3 milyard manatlıq yeni dəyər itirməsi və ya elə o qədər kiçilməsi deməkdir. 2017-ci ildə iqtisadiyyatımızın geriləməsi dayandı. Rəsmi hökumət proqnozlarına görə ÜDM-in 2018-ci ildə 1,5 faiz, 2019-cu ildə 2,8 faiz artımı gözlənilir. Bu, Azərbaycan iqtisadiyyatının ləng artım templəri ilə inkişaf trayektoriyasına keçməsi deməkdir. Əgər islahatları dərinləşdirib, artım templərini artıra bilməsək, onda təkcə 2016-cı ildəki 3,8 faizlik enmənin yerini doldurmaqdan ötrü 2017-ci, 2018-ci illər bütövlükdə, üstəgəl 2019-cu il ilin isə birinci rubunə qədər zaman lazım gələcək. Manatın durumu iqtisadiyyatımızın durumundan asılı olduğundan, təbii ki, sözügedən bu amil cari ildə olmasa da, sonrakı ildə manata da təsir edəcək. Amma hazırda Azərbaycan manatı üçün daxili amillər baxımından elə bir ciddi təhlükə yoxdur. Ciddi xarici kataklizmlər baş varməsə, məzənnə siyasətində kobud səhvlər baş verməsə, bu il manat öz nisbi sabitliyini saxlaya bilər.

-Bəs, ekspertlərin manata təhlükənin Mərkəzi Bankın yeritdiyi məzənnə siyasəti ilə yanaşı daha çox xarici amillərdən qaynaqlandığını bildirirlər. Bu  nə dərəcədə realdır?

-Ona görə də bayaq qeyd etdiyimiz kimi, xarici amillərin təsiri daim diqqətdə olmalıdır. Azərbaycanın maliyyə bazarının qlobal maliyyə bazarı ilə əlaqəsi zəif olsa da,hər halda Azərbaycan iqtisadiyyatı bir sıra cəhətlərinə görə qloballaşan dünya iqtisadiyyatının inteqral tərkib hissəsi olduğundan,orda gedən proseslərin ölkəmizin iqtisadiyyatına təsiri təbiidir. Manata təsir edən xarici amillər içərisində dünya iqtisadiyyatında gedən kataklizmli proseslər, xarici şoklar, dünya bazarında neftin qiyməti, FES-in dollarla bağlı yeritdiyi siyasət, siyasi amillərin təsiri ilə dünya iqtisadiyyatında yaranan yeni meyllər və neftin qiymətindəki qeyri-müəyyənliklər, Azərbaycanın daha çox ticarət etdiyi ölkələrin milli valyutalarının durumu və sair bu kimi amillər daha ciddi rol oynayır. Manatın məzənnəsinə təsir edən amillər içərisində dünya bazarında neftin qiyməti və ondan asılı olan neft gəlirlərimiz mühüm yer tutur. Bu il neftin orta illik qiyməti indiki 65 dollar səviyyəsində qalsa, onda manat da sabit qalacaq, 2018-ci ilin büdcəsində nəzərdə tutulan 45 dollardan aşağı ensə, onda manata təzyiq də güclənəcək və görülən tədbirlərin keyfiyyəti qənaətbəxş olmasa, məzənnə aşağı düşə bilər. Dünya iqtisadiyyatındakı mənfi meyllər inkişaf etməkdə ölan ölkələrin milli valyutalarına təsir etmək səviyyəsinə çatsa, təbii ki, manat da bir qədər aşağı-bir qədər yuxarı olmaq şərtilə, bu prosesdən kənarda qalmayacaq. Azərbaycanın xarici ticarətində 2,6 milyard dollar payla Türkiyə 12 faizə yaxın, Rusiya 2,1 milyard dollar payla 9,5 faizə yaxın, Çin 1,3 milyard dollar payla 5,8 faizə yaxın xüsusi çəkiyə malikdir. Ötən ilin statistikasına görə, Azərbaycanın idxalında Rusiya 18 faiz payla birinci, Türkiyə 15 faiz payla ikinci, Çin 10 faiz payla üçüncü yeri tutub. Deməli bu ölkələrin iqtisadiyyatlarındakı və milli valyutalarındakı dəyişikliklər bir qədər aşağı, bir qədər yuxarı olmaqla Azərbaycan manatına da təsir edə bilər. Ötən il rus rublu və Çin yuanı ABŞ dollarına nisbətdə 6 faizdən çox bahalaşıb. Ötən il olduğu kimi türk lirəsi bu il də ucuzlaşmağda davam etsə, bu il rus rublu və Çin yuanı ucuzlaşmağa başlasa və ABŞ-da FES uçot dərəcəsinin artırmaqda davam etsə, bu amillər birbaşa olmasa da, investisiyalara və inkişaf etməkdə olan ölkələrin valyutalarına mənfi təsir etməklə manata da təsir edə bilər. Hökumət və Mərkəzi Bank öz siyasətində belə amilləri nəzərə almalıdır.

-Bəs manatın nisbi sabitliyinə müsbət təsir edə biləcək amillər nə dərəcədə güclüdür?

– Manatın nisbi sabitliyinə müsbət təsir edə biləcək amillər içərində ilk növbədə neftin qiymətinin qalxıb-enməsinin ölkənin tədiyyə balansına təsiri vasitəsilə manata olan təzyiqin azalmasını xüsusi qeyd etmək lazımdır. Əgər 2015-2016-cı illərdə tədiyyə balansında mənfi saldo var idisə, 2017-ci ildə 1,4 milyard dollar müsbət saldo oldu. 2017-ci il ərzində manatın dollara nisbətdə məzənnəsinin 1,92 manatdan 1,70 manata doğru dəyişməsində, ortalama rəqəmlə isə 4 faiz möhkəmlənməsində məlum süni amillərlə yanaşı, tədiyyə balansındakı müsbət meyllərin də mühüm rolu oldu. Cari əməliyyatlar hesabında ÜDM-in 4 faizinə yaxın səviyyədə profisit yaranıb. Bu ilin əvvəllərində müşühidə oluna bəzi mənfi meylləri aradan qaldırıb, qeyri neft ixracının artımının və idxalın daralmasının sürətləndirlməsi işi bu ilin qalan ayları ərzində davam etdirilə bilsə, həmin müsbət meyl daha da güclənə bilər. Xarici ticarət balansında da ötən il 6,7 milyard dollar müsbət saldo alındı. Dövlət Neft Fondunun valyuta bazarına çıxardığı dollarlar da manantın sabit nisbi saxlanılmasına təsir edir. Bunlar manata müsbət təsir göstərən amillərdir. Amma xarici ticarətdəki bu müsbət saldoya qeyri neft ixracının və idxalın azalmasının təsiri olsa da, bu daha çox ixracın dəyərinin xam neft üzrə 65 faiz artmasının aparıcı rolu hesabına əldə olunub. Xarici ticarətdə ixracımızda neft, qaz və neft məhsullarının payı 89 faizə yaxın,  qeyri neft sektorunun payı isə 1,7 milyard dollar və ya cəmi 11 faizdir. Manatın məzənnəsinin xarici amillərin təsirini minimuma endirmək və neftin dünya bazarındakı qiymət konyukturundan asılılığını azaltmaqdan ötrü qeyri neft sektorunu inkişaf etdirib onun ixrac imkanlarını heç olmasa 5-6 milyard dollara çatdırmaq lazımdır. Yerli istehsalı inkişaf etdirib xalq istehlakı mallarının istehsalını genişləndirmək və idxalı əvəzləmək hesabına idxalda yeyinti məhsullarına xərclədiyimiz puldan hər il 1 milyard dollara qədər valyutaya qənaət etmək olar. Bu da manatın məzəənnəsinə müsbət təsir edər.

-Manatın məzənnəsinin yaxın illər üçün dinamikası necə olacaq?

– Manatın bu ilə və yaxın illərdəki məzənnəsinə dair müxtəlif proqnozlar verilir. Bir proqnoza görə, manat möhkəmlənib və hələ bir müddət də indiki 1 dollar = 1,7 manat ətrafında qalacaq. Başqa proqnoza görə, bu ilin ikinci yarısında manat dəyər itirməyə başlayacaq, ya da bu il sözügedən həmin nisbətdə sabit qalsa da, 2019-cu ilə 2 manata çatacaq. Başqa bir proqnoza görə isə manat/dollar nisbəti aşağısı 2,2 manat, yuxarısı 2,8 manat səviyyəsində olacaq. Manat, sözün həqiqi mənasında “üzən məzənnə”yə keçmədiyindən və hazırda onun məzənnəsi real kursa uyğun olmadığından belə şəraitdə məzənnəni dəqiq proqnozlaşdırmaq mümkünsüzdür.Bu halda bu deyilənlərin də hamısı ciddi arqumentlərə əsaslanan dəqiq proqnoz yox, tendensiyalara əsaslnan mülahizələrdir. Əslində Mərkəzi Bank manata nisbətdə normal siyasət yeritsə, manatın məzənnəsinin yaxın illər üçün dinamikası da məlum olar. Məsələn,2018-ci il və ondan sonrkı illər üçün MDB-nin əsas neft ölkəsi olan Rusiya-ucuz neft və zəif rubl siyasətinə, ikinci neft ölkəsi Qazaxıstan -ucuz neft və nisbi sabit tenge siyasətinə əsaslanır. Azəbaycan isə ucuz neft və sabit manat siyasəti yeritdiyini desə də, əslində hazırkı siyasət qeyri-müəyyən manat siyasətinə əsaslanır. Manatın 2018-ci il və sonrakı illər üçün proqnozları məlum olmayan şəraitdə ölkəmizə ciddi investorların gəlməsi və böyük həcmli sərmayə qoyması müşkül məsələdir. Postsovet məkanın aid olan 3 əsas neft ölkəsindən ikisində-Rusiya və Qazaxıstanda 2018-ci il və ondan sonrakı illərin büdcəsinin əsasına qoyulan əsas prinsiplər- həmin ölkələrin iqtisadiyyatının neftdən asılılığını azaltmaq və fiskal dayanıqlıqdır. Azərbaycanda da 2013-cü ildən sonra iqtisadiyyatın və büdcənin neftdən asılılığınn azaldılması siyasətinə keçmişdi. Amma təəssüf ki, yenidən 2018-ci il büdcəsinin əsasına qoyulan əsas prinsip büdcənin və ölkə iqtisadiyyatının neftdən asılılığını gücləndirməkdir. Hökumətin yenidən kohnə siyasətə qayıtmasını mənfi qiymətləndiririk. Fikrimizcə, geopolotik vəziyyətin qarmaqarışıq olduğu və neftin qiymətinin proqnozlaşdırılmasının getdikcə daha da çətinləşdiyi hazırkı mərhələdə büdcələrini, iqtisadiyyatlarını və milli valyutalarını xarici konyukturdan, xarici şoklardan asılılığını azaltmaq siyasəti yeridilməlidir. Manatın dayanıqlığını etibarlı şəkildə təmin etməkdən ötrü, yerli istehsalın yerli tələbatı ödəmə və xarici valyuta qazanma imkanlarndan dolğun və səmərəli istifadə edilməlidir. Qeyri-neft sektorunun inkişafının kəmiyyət, keyfiyyət və səmərəlilik göstəricilərinin yaxşılaşdırılması, rəqabət qabliyyətinin yüksəldilməsi, idxalı əvəz edən və ixrac yönlü məhsul istehsalının artırılması hesabına həm idxalı əvəz edib valyuta ehtiyatlarımıza qənaət edilməsi və həm də ixracı artırıb əlavə valyuta qazanılması işinin əhəmiyyətinin artırılması sahəsindəki işlərin sürətləndirilməlidir. Maliyyə sisteminin yeni çağırışlara cavab baxımından sağlam və innovativ əsaslar üzərində yenidən qurulması işi sürətləndirilməlidir. Milli valyutanın-manatın dayanıqlığının təmin və ona inamın bərpa edilməsi, qeyri neft sektorunda istehsalı stimullaşdıra bilən maliyyə-bank sisteminin yaradılmalıdır. “Üzən məzənnə”rejiminə keçid bazar iqtisadiyyatının fundamental prinsiplərinə əsaslanmalıdır. Yəni bazarda valyutaya olan tələb-təklif əsasında proses gedir və buna əsasən milli valyutanın – manatın məzənnəsi formalaşır. Bu halda manatın məzənnəsində müəyyən enmələrin olacağı labüd olsa da, hazırkı 1dollar = 1,70 manat nisbətindən kəskin uzaqlaşan ciddi dəyişikliklərə məruz qalmamasını təmin etmək olar.

 -İkinci məsələ isə problemi kreditlərlə bağlıdır. Siz və bir sıra millət vəkilləri  dəfələrlə bu barədə SOS siqnalı vermisiniz. Bu günlərdə də maliyyə institutları son aylarda problemi kredit daha 3,4 fazi artığını bəyan ediblər. Problemli kredit məsələsinin həlli yolu tapılmazsa ölkə iqtisadiyyatına, manata hansı təhlükələr yarada  bilər?

– 2015-ci ilin ilk devalvasiyasına qədər problemli kreditlər 1 milyard manatın altında olub, təhlükəli həddən xeyli aşağı idi. İndi problemli kreditlərin həcmi təhlükəli həddi keçərək 2 milyard manata doğrü gedir. Azərbaycanda hər 4 nəfərdən birinin banka kredit borcu var. Hökumət bu problemin həllini dondurmaq siyasəti yeritməklə əslində həm də hər gün, hər hətfə, hər ay özünün də bu problemi həll etmək şansını da itirməkdədir…. Vəziyyətin yaxşılaşdırılması istiqamətində sanballı addımlar  atılmasa,  maliyyə bazarları və bank sisteminin problemləri daha da ciddiləşəcək. Bu isə iqtisadiyatımızda əlavə ciddi problemlər yaradacaq. Məhkəmə işlərinin xeyli hissəsi kreditlərlə bağlı olub və onların  normal fəaliyyətə mane olur. Bu əhaliyə və banklara da çox mənfi təsir göstərir. Bu, ölkədə iqtisadi fəallığın artması qarısında maneyə çevrilib. Kredit qoyuluşları azalır. Hələ 2 il əvvə deputat həmkarım Vahid Əhmədovla birlikdə maliyyənin  sağlamlaşdırılmasına dair Tədbirlər Paketi hazırlayıb aidiyyatı orqanlara təqdim etmişik. Həmin Tədbirlər Paketi ümumi maliyyə sağlamlaşdırılması kontekstində xarici valyutada olan kreditlərlə bağlı əhalinin və biznes strukturlarının düşdüyü ağır vəziyyətdən çıxarılmasını da nəzərdə tutur. Mərkəzi Bank buna razı olsa da, aidiyyəti hökumət strukturları razı olmadı. Bizim verdiyimiz təkliflər xarici valyutada olan kreditlər ətrafında yaranmış problemin kəskinliyini xeyli azalda bilər. Bu məsələdə bizim mövqeyimiz ictimaiyyətə məlumdur: dollarla olan kredit probleminin ağırlığı dövlət, Mərkəzi Bank, kommersiya bankları və əhali arasında dörd yerə bölünür. 5000 dollara qədər – imkan olsa, 10 000 dollar – olan borcların 1dollar = 1,05 manatdan, ondan böyük məbləğlər 1 dollar = 1,20 – 1,30 manat intervalında olan məzənnə ilə qaytarılması…

Fiziki şəxslərin müflisləşməsi haqqında qanun qəbul etməsi, şəhid ailələrı, kimsəsizlər, aşağı pensiya alan pensiyaçılar, krediti qaytarmaq üçün bütün imkanları tükənmiş yoxsul insanların aldıqları kreditlərin isə məhkəmə yolu ilə müflisləşmə mexanizmi vasitəsilə bağışlanması. Əvəzində dövlətin banklara birbaşa və dolayısı ilə dəstək verməsi, bu əsasda bankların fəaliyyətinin normallaşdırılması və sair. Problemli kreditlərin xeyli hissəsi ümidsiz kreditlərdi, yəni qaytarılması mümkün olmayacaq. Məsələyə bu baxımdan yanaşıldıqda dollarla olan kredit borclarının bir hissəsinin kompensasiya və silinməsi variantlarına da getmək olar. Məsələn, martın 6-da Milli Məclisin plenar iclasında Azərbaycan prezidentinin Milli Məclisə əhalinin məcburi dövlət sosial sığorta sahəsində 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və bu ilin aprelin 1-ə qədər ödənilməmiş borclarının, eləcə də 2015-ci ilin 1 yanvar tarixinədək yaranmış maliyyə sanksiyalarının silinməsini təklif edən  “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” qanun layihəsi təsdiq edildi. Qəbul edilən həmin layihəyə görə məcburi dövlət sosial sığorta üzrə əhalinin və sahibkarları  üst-üstə götürdükdə 182 milyon milyon manat borcu silinəcək. Həmin məbləğin 2 misli səviyyəsində vəsait hesabına əhalinin dollarla olan kredit borcları problemini xeyli yumşaltmaq olar. Bunu nəzərə alaraq biz martın 6-da Milli Məclisin plenar iclasında  “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” çox zəruri bir qanun layihəsinə görə cənab prezidentə təşəkkür etdik və xarici valyutada olan kredit borclarının tənzimlənməsi haqqında da qərarın verilməsi xahişi ilə müraciət etdik.

Şərhlər

Bikəxanım Həmidova 2018-03-09 15:18:13

Əli Bəy,mən 28/01-2015-ildə Bank Respublikadan 34%-lə 7 minAZn-lə götürdüyüm kredeti faizi ilə ödəmişəm.Cədvəli dollarla yazdılar.Borcumu olmadığı halda hər ay 200 man banka məcburiyyət qarşısında ödəyirəm.64 yaşım var müəlliməyəm.21% maaşım vergiyə və başqa üzvlüklərə tutulur.200 man bankirlərə.kominal xərc.indi deyin necə dolanım?Dollar veriblər mənə?.Səmədzadənin vəB aziqovun qəbullarinda oldum nə fayda?Bankirlər toxunulmaz olublar.onlar üçün qanun yoxdu. xalqı acınacaqlı hala salan yazdıqları dollardı.

Hara getdiyimizi bilən var??? 2018-03-09 15:18:13

Aydın olmadı:: :.. “məzənnə real kursa uyğun olmadığından belə şəraitdə məzənnəni dəqiq proqnozlaşdırmaq mümkünsüzdür”…..real kurs nə deməkdir, əgər məzənnə bazar prinsiplərinə uyğun deyil, sərt müəyyənləşmiş istiqamətdə və səviyyədə tənziənirsə???…. “əslində Mərkəzi Bank manata nisbətdə normal siyasət yeritsə, manatın məzənnəsinin yaxın illər üçün dinamikası da məlum olar:) yəni, hansı tənzimləmə rejiminə keçidi təklif edirsiz???.......”Azərbaycanda 2013-cü ildən sonra iqtisadiyyatın və büdcənin neftdən asılılığınn azaldılması siyasətinə keçmişdi”….)))) 2013-cü ildən sonra 2014-cü ilin ikinci yarısı və 2015-2016-cı il böhran dövrü gəlir, maraqlıdır hansı dəyişikliklər nəzərdə tutulur (bir neçə institusional islahatları və inzibati tədbirləri nəzərə almasaq)???

2+2=4 2018-03-09 15:18:13

Neft-qaz ixracından bu dərəcədə asılı olan iqtisadiyyat yerində duran, ilişib tərpənə bilməyən arabaya oxşayır, onu hərəkətə gətirmək isə müvafiq dayaq (təkan) nöqtələrinin müəyyənləşməsini tələb edir. Azərbaycan üçün belə təkan nöqtələri, ilk növbədə:.........(1) inkişafa xidmət edən, texnokratlardan ibarət (....yaşın fərqi yoxdur!!!....) ölkə hökumətinin qurulması; (2) iqtisadiyyatın liberallaşması, dövlətin iqtisadiyyata müdaxilə səviyyəsinin minimumlaşdırılması; (3) faiz dərəcəsinin endirilməsi və kredit əldə etmək imkanlarının genişlənməsi (əhali və biznesin iqtisadi aktivliyin artırılması məqsədi ilə), məzənnənin olduqca xəfif zəifləməsi, vergilərin azaldılması; (4) inzibati təzyiqlərin azaldılması, (bütün bunlar iqtisadiyyatın liberallaşdırılması sahəsinə aid suallarıdır, onların həlli biznesin fəaliyyət imkanlarını genişləndirəcək), iqtisadiyyatda bazar mühitinin təkimlləşdirilməsi – özəlləşdirmənin dərinləşməsi, səmərəsiz faliyyət göstərən müəssisələrin dövlət nəzarətindən çıxarılması, inhisarçılığın aradan qaldırılması, müstəqil məhkəmələr, mülkiyyət hüququ, əhalinin gəlirlərinin artırılması üçün maksimum sərbəsr şərait, əhalinin həyat səviyyəsinin yüksəlməsi və s., və s. Bütün bu suallar öz həllini tapmasa danışdıqlarınız gəlişi xoş sözlərdən başqa heç nə deyil....

sual 2018-03-09 15:18:13

Əli bəy, Parlamentdə qaldırmaq lazımdır bu sualları....)))))))))))))) manatın məzənnəsinin ucuzlaşması istiqamətində başlıca daxili təzyiq istehlak bazarında təlabatın və müvafiq olaraq qiymətlərin gözlənilən artımının yaratdığı təzyiqləqdir, xarici təzyiq (Azərbaycanın beynəlxalq maliyyə bazarına inteqrasiyası praktiki olaraq nəzərə alınacaq səviyyədə olmadığından) neftin dünya bazar qiymətləridir. Nə birinci, nə də ikinci amil AMB-in fəaliyyəti ilə müəyyələşmir. Hazırda ölkədə AMB ölkədə formalaşan makro-iqtisadi siyasəti yox, “iqtisadiyyatın tənzimlənmə praktikası” AMB-in fəaliyyətini müəyyənləşdirir, özü də ona bu praktikada sadəcə icraçı rolu ayrılıb. Təbii olaraq 1-ci sual: AMB haqqında yazdığınız və təsdiq olunmuş qanunun reallıqda icrasına kim nəzarət edir və hansı hüquqlarda???.......))))))) 2-ci sual:.......“Ona görə də manat beynəlxalq təcrübədən məlum olan üzən məzənnə rejiminə tam keçəndə təbii ki, onun məzənnəsində müəyyən qalxıb-enmələr olacaq”.........AMB üzən məzənnə rejiminə necə keçə bilər əgər sərbəst pul-kredit siyasəti reallaşdırmaq imkanına praktiki olaraq malik deyilsə??? Məzənnənin sabitliyi strateji hədəf kimi müəyyənləşib, deməli pul-kredit alətləri pərçimlənib, bank sektorunun tənzimlənməsinə isə praktiki olaraq nəzarət ondan alınıb???....))))))))))

məmmədqulu 2018-03-09 15:18:13

Əli bəy heç ürəyinizi sıxmayın nöyüt 150 dollar olanda manat da diriləcəkdir. Ağlama can bala qayıdar atan Bizə də rəhm edər bizi yaradan.(S.V.)

Son yazılar


Новости

Обзор новинок в сфере смартфонов - Smartphone Trends 2024

Смартфоны продолжают оставаться одними из самых быстроразвивающихся технологий, предлагая пользователям новейшие решения, которые делают нашу жизнь проще и продуктивнее. В 2024 году производители уделили особое внимание инновациям в дизайне, производительности, камерах и экосистемах. Давайте подробнее рассмотрим, какие тренды и устройства формируют рынок смартфонов сегодня. Дизайн и форм-фактор Раскладные устройства Раскладные смартфоны вышли из категории нишевых продуктов и стали массовым явлением. Производители, такие как Samsung, Huawei, Oppo и Motorola, предлагают устройства, которые сочетают компактные размеры с большими дисплеями. Например, Samsung Galaxy Z Fold 6 и Huawei Mate X5 отличаются улучшенными шарнирами, более прочными экранами и более легкими корпусами. Безрамочные экраны Технологии безрамочных экранов достигли новых высот. Компании, такие как Xiaomi и Vivo, активно разрабатывают смартфоны с экранами, которые полностью обволакивают корпус устройства. Xiaomi Mix Fold Alpha 2, например, стал пионером в использовании "360-градусного" дисплея. Устойчивость к внешним условиям Новые модели смартфонов становятся всё более прочными. iPhone 15 Ultra и Samsung Galaxy S24 Ultra предлагают усиленную защиту от воды и пыли по стандарту IP68+, а также новые материалы, такие как сапфировое стекло и титановый корпус. Производительность Производительность смартфонов продолжает увеличиваться благодаря новым процессорам и увеличению оперативной памяти. В этом году важной вехой стал выпуск процессоров, созданных по технологии 3-нм, таких как Apple A18 Bionic и Qualcomm Snapdragon 8 Gen 3. Эти чипы предлагают не только мощь для сложных задач, но и повышенную энергоэффективность. Искусственный интеллект Искусственный интеллект стал неотъемлемой частью смартфонов. Новейшие модели оснащены сопроцессорами AI, которые позволяют улучшать фотографии, оптимизировать производительность и даже предлагать персонализированные функции. Например, Google Pixel 8 Pro использует алгоритмы AI для устранения шума и автоматического улучшения фотографий. Геймерские смартфоны Любители игр получают еще больше возможностей с такими устройствами, как ASUS ROG Phone 7 и RedMagic 8 Pro. Эти смартфоны оснащены активными системами охлаждения, высокочастотными экранами с частотой обновления 165 Гц и уникальными триггерами для удобного управления в играх. Камеры Камеры смартфонов 2024 года достигли новых высот, предлагая функциональность, сравнимую с профессиональными камерами. Большие сенсоры и оптический зум Смартфоны, такие как Xiaomi 14 Ultra и Sony Xperia 1 VI, оснащены крупными сенсорами, что позволяет захватывать больше света и улучшать качество изображений. Оптический зум на уровне 10x и более стал стандартом для флагманов. Видео 8K Запись видео в формате 8K становится доступной для большинства премиальных моделей. Компании также добавляют функции стабилизации, включая сенсорный сдвиг и электронную стабилизацию. Инновации в программном обеспечении Google и Apple активно работают над улучшением ночной съемки и портретного режима. Например, iPhone 15 Pro Max автоматически определяет освещение и может менять диафрагму, чтобы улучшить кадры в условиях низкой освещенности. Экосистема и программное обеспечение Смартфоны становятся частью всё более обширных экосистем. Например, Apple продвигает интеграцию с другими устройствами через iCloud+, а Samsung делает акцент на синхронизации с бытовой техникой через SmartThings. Поддержка долгосрочных обновлений Производители, такие как Samsung, Google и OnePlus, предлагают до 5 лет программной поддержки, включая обновления безопасности и новые версии операционных систем. Это делает покупку флагманов более долгосрочной инвестицией. Развитие операционных систем В 2024 году Android 14 и iOS 17 принесли множество улучшений. Android 14 делает акцент на безопасности и кастомизации, тогда как iOS 17 предлагает новые функции для взаимодействия между устройствами и улучшения в сфере конфиденциальности. Батареи и зарядка Увеличенная емкость Смартфоны, такие как Realme GT Neo 6, предлагают батареи емкостью до 6000 мАч, обеспечивающие более длительное время автономной работы. Быстрая зарядка Быстрая зарядка выходит на новый уровень. Xiaomi 14 Pro поддерживает зарядку мощностью 200 Вт, позволяя зарядить устройство до 100% за менее чем 10 минут. Беспроводная зарядка Беспроводная зарядка стала быстрее и универсальнее. Компании активно внедряют стандарты Qi2, улучшая совместимость между различными устройствами. Тренды и будущее 5G и спутниковая связь 5G стал стандартом для большинства смартфонов, но в 2024 году внимание сместилось на спутниковую связь. Apple, Huawei и Samsung предлагают базовые функции связи через спутники, такие как отправка сообщений в экстренных ситуациях. Устойчивое развитие Компании делают акцент на экологичности. Смартфоны теперь содержат больше переработанных материалов, а упаковка становится минималистичной и экологически чистой. Концептуальные устройства Концептуальные устройства продолжают вдохновлять. Например, Oppo X Nendo демонстрирует инновационный подход к складным конструкциям, а Nothing Phone 3 удивляет прозрачным дизайном и уникальными световыми эффектами. Заключение 2024 год стал годом значительных инноваций в сфере смартфонов. От улучшенных камер и мощных процессоров до новых форм-факторов и экосистем — выбор устройств огромен, и каждый пользователь найдет то, что соответствует его потребностям. Следите за новыми анонсами, ведь мир технологий не стоит на месте!

Обзор новинок в сфере ноутбуков - Laptop Trends 2024

Рынок ноутбуков в последние годы демонстрирует стремительное развитие, предлагая пользователям устройства, способные удовлетворить самые разные потребности — от работы и учебы до профессионального творчества и гейминга. В 2024 году производители сосредоточились на улучшении производительности, портативности, энергоэффективности и внедрении инновационных технологий. В этой статье мы подробно рассмотрим ключевые новинки и тренды в сфере ноутбуков. Дизайн и конструкция Тонкость и легкость Компании продолжают стремиться к созданию более компактных и легких ноутбуков. Новые модели, такие как Dell XPS 13 Plus 2024 и LG Gram SuperSlim, устанавливают новые стандарты в портативности, сохраняя при этом высокую производительность. Использование материалов, таких как магниевый сплав и углеродное волокно, делает устройства прочными и невероятно легкими. Экранные инновации Технологии дисплеев играют важную роль в новых моделях ноутбуков: OLED-дисплеи становятся все более популярными благодаря превосходному качеству изображения, глубокому черному цвету и высокой энергоэффективности. Например, ASUS ZenBook Pro 16X оснащен 4K OLED-панелью с высоким уровнем яркости. Мини-LED технологии, используемые в устройствах, таких как Apple MacBook Pro M3, предлагают превосходную цветопередачу и контрастность. Сенсорные экраны становятся стандартом для многих моделей 2-в-1, включая HP Spectre x360. Расширение экранов Устройства с дополнительными экранами набирают популярность. Например, ASUS ROG Zephyrus Duo 16 предлагает дополнительный дисплей для удобного многозадачности, что особенно ценно для креаторов и геймеров. Производительность Новые процессоры В 2024 году лидеры индустрии, такие как Intel, AMD и Apple, представили мощные процессоры: Intel Core 14-го поколения предлагает значительное улучшение однопоточной и многопоточной производительности благодаря усовершенствованной архитектуре. AMD Ryzen 8000 отличается увеличенной энергоэффективностью и интеграцией графики RDNA 3. Apple M3 устанавливает новые стандарты для ARM-архитектуры, обеспечивая превосходную производительность и долгую автономную работу. Графика нового поколения Графические процессоры NVIDIA RTX 40-й серии стали ключевым элементом для игровых и профессиональных ноутбуков. Такие устройства, как Razer Blade 18 и Alienware x16, поддерживают трассировку лучей в реальном времени и технологии DLSS 3, обеспечивая невероятное качество графики. Оперативная память и хранилище В новых моделях ноутбуков используется оперативная память стандарта DDR5, которая обеспечивает более высокую скорость и энергоэффективность. Для хранения данных всё чаще применяются SSD NVMe 4.0, предлагающие молниеносную скорость загрузки и передачи данных. Энергоэффективность и автономность Энергоэффективность стала одним из главных приоритетов для производителей ноутбуков. Новые чипы от Apple и AMD демонстрируют выдающуюся автономность — до 20 часов работы без подзарядки. Например, MacBook Air M3 и Lenovo ThinkPad X1 Carbon Gen 12 предназначены для долгосрочного использования в мобильных условиях. Быстрая зарядка Современные ноутбуки поддерживают технологии быстрой зарядки. Например, устройства с зарядкой 100 Вт через USB-C могут восстановить до 50% заряда за 30 минут. Искусственный интеллект и машинное обучение Встроенные ИИ-ускорители Некоторые новые процессоры оснащены интегрированными ИИ-ускорителями, которые оптимизируют задачи машинного обучения, улучшают видеоконференции и повышают энергоэффективность. Например, Microsoft Surface Laptop Studio 2 использует ИИ для улучшения работы камеры и микрофонов. Программное обеспечение Производители интегрируют ИИ в программные платформы. Например, Windows 11 добавляет функции интеллектуального управления батареей, а macOS Sonoma делает взаимодействие с экосистемой Apple более интуитивным. Игровые ноутбуки Игровые ноутбуки продолжают совершенствоваться, предлагая пользователям ещё больше мощности и функциональности. В 2024 году особое внимание уделяется: Экранам с частотой обновления до 360 Гц (например, MSI Titan GT77 HX). Поддержке Ray Tracing и технологий повышения FPS, таких как NVIDIA DLSS 3. Охлаждающим системам, включающим жидкометаллические термоинтерфейсы и паровые камеры. Тренды и инновации Экологичность Многие производители делают акцент на экологически чистых материалах и переработке. Например, Acer Aspire Vero 2024 изготовлен из переработанного пластика и имеет упаковку, пригодную для повторного использования. Ноутбуки с 5G Подключение к сетям 5G становится стандартом для премиальных моделей, таких как HP Elite Dragonfly G4, что обеспечивает высокую скорость передачи данных в любом месте. Концептуальные устройства Производители экспериментируют с новыми форм-факторами. Например, Lenovo Yoga Book 9i предлагает два полноценных сенсорных экрана, которые можно использовать в различных конфигурациях. Заключение 2024 год принес множество интересных новинок в сфере ноутбуков. Производители продолжают удивлять инновациями, создавая устройства, которые становятся не только инструментами для работы, но и настоящими помощниками в повседневной жизни. Независимо от ваших потребностей — будь то творчество, гейминг или бизнес — вы наверняка найдете ноутбук, который удовлетворит все ваши требования.

Тренды крипторынка 2024 - Crypto Market Trends

Криптовалютный рынок — одна из самых динамично развивающихся областей финансовых технологий. Несмотря на высокую волатильность и неоднозначное отношение регуляторов, интерес к криптовалютам продолжает расти. В этой статье мы рассмотрим ключевые тренды, которые определяют развитие крипторынка в 2024 году. Усиление регулирования Регуляторная прозрачность В 2024 году многие страны усиливают свои усилия по регулированию крипторынка. Основной акцент делается на: Борьбу с отмыванием денег (AML) и финансированием терроризма (KYC-процедуры). Защиту интересов розничных инвесторов через создание стандартов для криптобирж. Разработку национальных стратегий регулирования. Примером может служить Европейский Союз с инициативой MiCA („Markets in Crypto-Assets“), которая устанавливает единые правила для участников криптовалютного рынка. CBDC (Цифровые валюты центральных банков) Страны продолжают активно разрабатывать и внедрять цифровые версии национальных валют. Такие проекты, как e-CNY в Китае и пилотный Digital Euro, направлены на повышение эффективности платежных систем и сокращение доли наличных расчетов. Расширение применения блокчейн-технологий Токенизация активов Тренд токенизации активов продолжает набирать обороты. Блокчейн позволяет: Создавать токены, представляющие реальные активы, такие как недвижимость, произведения искусства и ценные бумаги. Упрощать доступ к инвестициям благодаря дробным долям. DeFi 2.0 Финансовые сервисы на основе блокчейна (DeFi) переходят на новый уровень. В 2024 году проекты сосредотачиваются на: Устойчивости бизнес-моделей. Повышении безопасности. Разработке гибридных решений, сочетающих централизованные и децентрализованные элементы. Пример: платформы, предоставляющие стейкинг с улучшенной ликвидностью и страхованием. NFT 2.0 Рынок невзаимозаменяемых токенов (NFT) меняется. Если в прошлом он был сосредоточен на цифровом искусстве, то теперь NFT используются в: Игровой индустрии для создания внутриигровых активов. Метавселенных для представления виртуальной недвижимости. Управлении интеллектуальной собственностью. Метавселенные и Web3 Интеграция криптовалют в метавселенные Метавселенные, такие как The Sandbox и Decentraland, активно используют криптовалюты для внутриигровой экономики. Пользователи могут зарабатывать токены, участвуя в мероприятиях или создавая контент. Развитие Web3 Технологии Web3 предлагают новый взгляд на интернет: Полная децентрализация данных. Управление через DAO (децентрализованные автономные организации). Прозрачность и безопасность операций. Углеродная нейтральность Критика криптовалют за высокий углеродный след стимулирует разработчиков переходить на экологичные алгоритмы. Примером служит переход Ethereum на алгоритм Proof-of-Stake, который сократил энергопотребление сети на 99%. Другие проекты, такие как Chia и Algorand, делают ставку на энергосберегающие механизмы консенсуса. Институциональное принятие Участие традиционных финансов Банки и инвестиционные компании увеличивают свои вложения в криптоактивы. В 2024 году такие гиганты, как BlackRock и Goldman Sachs, предлагают клиентам доступ к криптовалютным ETF и другим инструментам. Криптовалюты в розничной торговле Все больше компаний интегрируют криптовалютные платежи. Например: PayPal предлагает оплату в криптовалюте. Сеть магазинов Starbucks принимает биткоины через Lightning Network. Автоматизация торговли Алготрейдинг Трейдеры используют алгоритмы и ИИ для анализа рынка и выполнения сделок. Это позволяет: Реагировать на изменения быстрее человека. Снижать риски за счет диверсификации стратегий. Платформы социального трейдинга Популярность таких платформ, как eToro, продолжает расти. Инвесторы могут копировать стратегии успешных трейдеров, что упрощает вход для новичков. Основные вызовы Безопасность Кибератаки остаются одной из главных угроз. В 2024 году проекты уделяют больше внимания: Защите смарт-контрактов. Обучению пользователей принципам кибербезопасности. Волатильность Криптовалюты остаются высоковолатильным активом. Это создает сложности для их использования как платежного средства и долгосрочного хранения стоимости. Регуляторная неопределенность Несмотря на прогресс, подходы к регулированию остаются различными в разных странах, что создает барьеры для глобальной интеграции. Заключение Криптовалютный рынок продолжает эволюционировать, предлагая новые возможности для инвесторов, разработчиков и пользователей. Тренды 2024 года демонстрируют, что индустрия стремится к устойчивости, безопасности и интеграции с традиционными финансовыми системами. Тем не менее, она сталкивается с вызовами, требующими внимания и адаптации. Крипторынок остается одной из самых инновационных и перспективных областей в мире финансовых технологий.