Menu

DİN GENERALI AVROPAYA KÖÇÜB, BİZNES QURDU - Fransaya  20 milyon avro yatırıb

26.03.2018, 13:45
DİN GENERALI AVROPAYA KÖÇÜB, BİZNES QURDU - Fransaya  20 milyon avro yatırıb

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis general-mayoru Cavanşir Məmmədov təqaüdə çıxdıqdan sonra Avropaya köçüb. Bu barədə Gununsesi.info-nu məlumatlandıran mənbənin sözlərinə görə, hazırda Fransada yaşayan general orada özü üçün biznes strukturları yaradıb.

Onun restoran və digər sahələrlə məşğul olduğu bildirilir. DİN generalının Fransaya yatırdığı sərmayənin təxminən 20 milyon avro civarında olduğu da deyilir.

Qeyd edək ki, C.Məmmədov 1976-cı ildən daxili işlər orqanlarında xidmət edib. 1989-1992-ci illərdə Bakı şəhəri Baş Polis İdarəsinin rəis müavini, 1992-1993-cü illərdə Bakı şəhəri Qaradağ rayon polis idarəsinin rəisi, 1993-cü ildə isə Bakı şəhəri Baş Polis İdarəsinin rəisi vəzifələrində işləyib.

Xatırladaq ki, Cavanşir Məmmədov təxminən il yarım əvvəl təqaüdə göndərilib.

Şərhlər

İnam 2018-03-26 13:45:15

Əgər bu adam 20 milyonu bu vızifıylə toplayıbsa, yuxarıda işləyənlər nə qədər toplayırlar. Yəqin ki, onlar da 20 milyard yığıblar. Yazıq sadə millət.....

Cabir 2018-03-26 13:45:15

Nə üçün bu 20 milyonun ölkədən hansı yolla və nə məqsədlə çıxarıldığı ilə müvafiq orqanlar məşğul deyil?

cəngərlik sakini 2018-03-26 13:45:15

xoş haramı olsun.NƏ qədər günasızın həbsi,bir o qədər günahkarın həbsdən yayıması,işgəncələrdən toplanan pullar.Balalarının müalicəsinə xərcləsin İNŞƏALLAH.AMİN.bunun maaşı 1500-2000 olub.

Kasib 2018-03-26 13:45:15

Haram xoshu olsun, burnundan gelsin hamisinin kimler ki bu xalqin pulunu ogurlayib. Allah cezalarini versin. Bawqa umid yerimiz yoxdu. ..

tatar 2018-03-26 13:45:15

Artur baba demeli : село видно, зачем вызывает участковый? amk

NURəddin 2018-03-26 13:45:15

BU GÜNÜRAL ELƏ BİLİR Kİ, FƏRASƏTLİ TƏRPƏNİB PULUNU-PARASINI DA YIĞIŞDIB QAÇIB.VƏ BUNUNLA DA ETİBARLI BİR ADAYA ÇƏKİLİB. AMMA HEÇ DƏ O DÜŞÜNƏN KİMİ OLMAYACAQ. DÜNYAYA YENİ QANUNLAR TƏTBİQ OLUNUB.ARTIQ şəffaf olmayan yaşaya bilməyəcək.ONLARI DÜNYA ÖZÜ MÜHAKİMƏ EDƏCƏK. TAK ÇTO TEZLİKKLƏ OLANLARA TƏƏCCÜB EDƏCƏYİK.

t.ədalət 2018-03-26 13:45:15

Maraqlıdır,görəsən, Azərbaycanda "topladığı" pulları Fransaya necə aparıb?Yəqin kömək eləyənləri olub.Yoxsa,bizim gömrükçülər qəpiyi hesablayırlar..İndi onun elan etdiyi 20 milyondur.Elan etmədiyi,ola bilsin ki,100 milyonlar var.Yazıq Azərbaycan.Hərə bir tərəfdən sökür..

coni 2018-03-26 13:45:15

hafiz haciyev ucun tema hazirdir. indi debatda enine uzununa dartacaq bu milyoncu polisin. yasasin pak polisimiz yasasin oliqarxizm. ar olsun polise manali msnali bakanlara. ura!!!

Nizam 2018-03-26 13:45:15

Bəlkə də 200 milyondur. .... pulumuzu daşıyırlar. Haramları olsun.

oxucu 2018-03-26 13:45:15

Azerbaycan hakimiyyeti MUTLEQ , TECILI , RESMI MURACIET ETMELIDIR Fransa hokumetine, Cavanşir Məmmədova 20 milyon avro pullarinin Fransada sermayesinin, hansi usul ile sahibi olduqunu , Cavanşir Məmmədov IZAH ETSIN ve onun BUTUN BIZNESI MUSADIRE OLUNSUN Fransada.

eloğlu 2018-03-26 13:45:15

Burda təcüblü nə var ki Tağı m-m demişkən 42 illik zəhmət haqqıdır da. Yeməyib-içməyib xərcləməyib toplayıb da. Kişi ayda indiki məzənnə ilə (1 avro=2.11 manat) ayda 20 000 000*2.11 / 42*12=83 730 manat maaş alıb. Sonra da ağzı göyçəklər deyir ki bizdə maaş azdır. Ayıb olsun belələrinə....

X 2018-03-26 13:45:15

Vəzifədə olanda vətən sevgisindən dəm vurub,devalvasiya vaxtı Siyəzəndə,İsmayıllıda,Qubada dinc etirazçılara mülayim rəftar edən polisləri cəzalandırıb indi də avropada öz kefindədir. Ola bilsin o bu yaxınlarda İctimai TV-nin "Qərib axşamlar" verlişinə Azərbaycan üçün çox darıxması barədə interviyu də verəcək.Bu bəzi Azərbaycan məmurlarının həyat tərzidir....

Bashirov Qarib 2018-03-26 13:45:15

20 milyon ele deyilir ki, sanki, ele bu onun haqqi imish.İri məmurlardan, sheyxden,nazirlerden numune goturub, qamarladiqlarini xaricie otururler ve xeyri de onlara verirler, burada sahibkarliqla meshgul olsalar hamisini elinden alarlar....

G.M 2018-03-26 13:45:15

Azərbaycanda görün neçə dənə General var.Özü də Cavanşir Məmmədovdan da adlı-sanlı.Deməli,oğurlanmış büdcə pulundan savayı da çirkli pullara sahiblənmiş yüzlərcə çinovnikləri mövcuddur.Respublikada Tikinti,Tender biznesində payçı olan məmurlar vəzifələrini başa vurduqdan sonra Xalqdan oğurladıqlarından istifadə imtiyazına malikdilər.Çox təəssüf.

VƏTƏNDAŞ 2018-03-26 13:45:15

Maraqlı məlumatdır.DİN-nin generalı işlədiyi müddətdə nə qədər maaş alb ki,bununla həm ailəsini yaşadıb,həm də 20 milyon dollarla xaricə köçüb.Buradan rüşvət iyİ GƏLMİR?
Bəs kimə inanaq7

Memmed 2018-03-26 13:45:15

Ne olub kişi 2000 manat maaş alırdı,30 il işleyib

əli 2018-03-26 13:45:15

Gör necə millətik öz ölkəsinə öz işlədiyi struktura inanıb öz ölkəsində biznes qurmur gedib ermənilərin qardaşlarına xeyir verir.Əgər bizim hökümətdəkilərin .... olsa mütləq qaytaracaq bir işdə var ki bu adam hökümətdəkiləri yaxşı tanıyır və bilir ki onlar nə yuvanın quşlarıdır Adam bu ölkəyə nifrət edir hamı oğru hamı yalançı və talançı Hamısı oğrudur deyə söz deməyədə qorxurlar biri birindən ki öz zibili açılar

GömVer Kalkuli 2018-03-26 13:45:15

Bəzən beynimizi düşüncəsiz kalkulyator kimi işlədirik. Xəbərdə keçmiş DİN işçisinin nə vaxt və nə qədər pulla Fransaya getdiyi göstərimədiyi halda şərh-kalkulyatoru necə hesablayır? Xarici müxalifət yazmışdı ki, Fransa2 Tv-nın böhtanına qarşı iddiaya baxılması üçün Paris məhkəməsinə (nəğd) İKİ milyard dollar aparılıb. Hüquqi Nobel mükafatı almaq üçün lütfən, həmin oxşar hadisəyə də gömrük və ya digər köçürmə hesabı-şərhlərinizi verməyə çalışın.

hərbi pensiyaçı 2018-03-26 13:45:15

Hörmətli Oxucuya! O müraciəti etməli olanlar Cavanşirdən nə ilə fərqlənirlər? Mən elə bilirəm ki, pullarının Cavanşirinkindən çox olması ilə. Vəssalam. Bu sənin "zaprosun" Frəngistana ya da Parijə.msyö Jordan demişkən.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol