Menu

Zakir Qaralov prokurorluq orqanlarına konkret tapşırıqlar verib

30.03.2018, 14:57
Zakir Qaralov prokurorluq orqanlarına konkret tapşırıqlar verib

Baş prokuror Zakir Qaralov Ağcabədi rayon prokurorluğunun inzibati binasında Ağcabədi, Beyləqan, Tərtər, Ağdam, Füzuli, Laçın və Xocavənd rayonlarından olan vətəndaşları qəbul edib.

Baş Prokurorluğun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, qəbuldan əvvəl baş prokuror və Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad ediblər.

Baş Prokurorluğun məsul əməkdaşlarının, habelə əlaqədar tabe prokurorların iştirakı ilə keçirilən qəbulda Baş prokuror bölgədə yaşayan 61 vətəndaşın müraciətini dinləyərək, qaldırılan məsələlər üzrə onların qanunauyğun və operativ şəkildə həll edilməsi üçün Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe rayon prokurorlarına müvafiq göstərişlər verib.

Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, digər müraciətlər isə araşdırılması üçün nəzarətə götürülüb.

Vətəndaşlar bölgə sakinlərinin yerlərdə qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.

Yekunda tabe prokurorların iştirakı ilə müşavirə keçirilməklə, vətəndaş-məmur münasibətlərinin sağlam zəmində qurulması, cinayətkarlığa qarşı mübarizənin səmərəliliyi və kəsərliliyinin artırılması, vətəndaşların müraciətlərinə obyektiv baxılması və onların qəbulu işinin düzgün təşkili, habelə aprelin 11-də keçiriləcək prezident seçkiləri zamanı seçki qanunvericiliyinin pozulması ilə əlaqədar prokurorluq orqanlarının qarşısında duran vəzifələrlə bağlı konkret tapşırıqlar verilib.

Şərhlər

SUAL 2018-03-30 14:57:57

HORMƏTLİ CƏNAB BAŞ PROKUROR! SİZDƏN XAHİŞ EDİRİK Kİ, ABŞERON RAYON SAKİNİ RASİM CVADOVUN DOVLƏT TƏRƏFİNDƏN QEYDİYATA ALİNMİŞ HALA MULKUNUN RAYON İCRA HAKİMİYYƏTİ TƏRƏFİNDƏN QANUNSUZ VƏ OZBAŞİNA DAĞİDİB, ONA MƏXSUS 50 MİN MANATA YAXİN DƏYƏRİNDƏ OLAN MAL-MULKUNU TALAYİB, TORPAQ SAHƏSİNİ VİTES EKSPRES TİKİNTİ FİRMASİNA QANUNSUZ SƏNƏDLƏR TƏRTİB EDİB SATAN VƏZİFƏLİ ŞƏXSLƏRİN ƏMƏLLƏRİ İLƏ BAĞLİ BİR GOSDƏRİŞDƏ RAYON PROKURORLUŞUNA VERƏSİNİZ. CAVADOVUN ƏRİZƏLƏRİNƏ NƏDƏN RAYON PROKURORLUŞU MUVAFİQ QAYDADA BAXMİR?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol